Doqquzdonkimilər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Doqquzdonkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Doqquzdonkimilər (lat. Caprifoliaceae) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Fəsiləyə daxil olan növlərin çoxu kol və ya ağaç, bəziləri isə otdur. Yarpaqları qarşı-qarşıya düzülür. İkicinsiyyətli çiçəkləri simoz çiçək qrupunda yerləşir. Meyvəsi giləmeyvə, çəyirdəyəbənzər, bəzən də qutucuq olur. Şimal yarımkürəsinin mülayim iqlim qurşağında 15-16 cinsinə aid 400-dən çox növü yayılmışdır. Azərbaycanda 4 cinsə aid 11 növə təsadüf edilir. Ən geniş yayılan növləri doqquzdon, gəndəlaş, başınağacı və s.-dir. Doqquzdonkimilərin bir çoxu qiymətli dekorativ bitkidir. Bəzi növlərindən tibdə istifadə olunur.

Cins və növləri

Abelia

Heptacodium

Leycesteria

Doqquzdon (Lonicera)

Symphoricarpos

İstinadlar

Həmçinin bax