Ekoloji terminlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ekoloji mədəniyyət

Ümumdünya mədəniyyətinin inkişaf mərhələsi və tərkib hissəsi: həyatdabəşəriyyətin gələcək inkişafında ekoloji problemlərin mühüm vacibliyini dərin və ümumilikdə dərk etməklə xarakterizə olunur.

Ekoloji məruzqalma

Canlı orqanizmlərin (insandan başqa) stressə məruz qalması.

Ekoloji minimum

Müəyyən ekoloji faktorlara görə orqanizmin tolerantlığının aşağı həddi.

Ekoloji modelləşdirmə

Kompüter metodlarının köməyilə sosiekosistemin dinamikasının müxtəlif səviyyədə (lokaldan qlobala kimi) öyrənilməsi.

Ekoloji monitorinq

Ekosistem, populyasiyaorqanizmlərdə (insan da daxil olmaqla) olduğu mühitin dəyişilməsi ilə əlaqədar gedən prosesləri izləmək sistemi. Hazırkı dövrdə E.m.-in əsas obyektləri atmosfer, su, torpaq, bitkiheyvan populyasiyalarının vəziyyəti, insanın sağlamlığı hesab olunur.

Ekoloji mozaika

Müxtəlif landşaftların uyğunlaşması (birləşməsi) və biri-birini əvəz etməsi: meşə və bozqırlar, meşə və çəmən, suquru və s., bunların arasında keçid zonaları-ekotonlar mövcuddur.

Ekoloji mövqe

Orqanizmin yaşama yerindəki ixtisası, onun fəaliyyəti, yəni ətraf mühitlə qarşılıqlı əlaqəsi.

Ekoloji müharibə

Təbii mühitin (ekoloji tarazlığın) pozulması istiqamətində aparılan hərbi hərəkət üsulu. İlk dəfə bu istiqamətdə irimiqyaslı hərbi əməliyatları amerikalılar Vyetnamda, KampuçidəLaosda apararaq, müxtəlif defoliantlar, buldozerlər, tankların köməyilə geniş ərazilərdə bakirə meşələr, yüksək məhsuldar manqr cəngəlikləri (meşələri) və s. məhv edilmişdir. 1974-cü ildə BMT-nin Baş Məclisi hərbi məqsədlə təbii mühitin pozulmasının qadağan edilməsi haqda Beynəlxalq Konvensiya qəbul etmişdir.

Ekoloji müxtəliflik

Fərdlərin sayının növlərin sayına nisbəti.

Ekoloji optimallaşdırma

Ekoloji komponentləri və ərazisini (ekosistemin) əlverişli uyğun vəziyyətə salmaqla ən rasional ekoloji tarazlığa nail olmaq.

Ekoloji optimum

1-növün ən yaxşı həyatilik şəraiti (çoxalma qabiliyyəti,abiotik faktorlara uyğunlaşma); 2) bir qrupun (bitki) digər qrupa nisbətən üstünlük şəraiti.

Ekoloji ölüm, faktiki ölüm

Məlum mühit şəraitində ölüm (ölüm faizi). E.ö-ün ölçüsü mühit şəraitindən və populyasiyanın vəziyyətindən asılı olaraq dəyişir.

Ekoloji paradiqma

Sistem paradiqması-V.D.Feodrovun (1977) ifadəsi olub, ona əsasən müasir ekologiyanın baş obyekti ekosistemdir. Fərdlər, populyasiyalar, hətta qruplaşmalar deyil, məhz ekosistem ekologiyanın spesifik (nadir) obyekti sayılır. Biotop və orada məskunlaşan orqanizmlər funksional vahid birlik yaradır. A.Tensli onu ekosistem, V.N.Sukaçev isə biogeosenoz adlandırmışdır.

Ekoloji pasport

Kənd təsərrüfatı bitkilərinin hər bir sortu (çeşidi) üçün hərtərəfli xarakteristikası.

Ekoloji proqnoz

Müəyyən uzaq gələcəkdə ətraf mühitin, bu və ya digər ekosistemin dəyişmə mümkünlüyünü, həmçinin kənd-təsərrüfatı, hidrotexniki və sənaye layihələrinin müsbət və mənfi nəticələrini elmə əsaslanaraq qabaqcadan xəbər vermək.

Ekoloji resurslar

Təbiətdə ekoloji tarazlığı təmin edən mühit yaradan komponentlərin məcmusu.

Ekoloji rəqabət

Müəyyən şəraitdə (adətən yaxın ekoloji tələbata malik olan populyasiyaların az seyrək sıxlığı şəraitində) rəqabət olmur və ya o, minimuma enir.

Ekoloji risk

Ekoloji və ya iqtisadi effekt əldə etmək naminə təbii mühitə zərər yetirmə ehtimalı. Təbii obyektlərin və faktorların istənilən antropogen dəyişmələrinin (məqsədyönlü və ya təsadüfi, tədrici və fəlakətli) ekoloji resurslar üçün mənfi (arzu olunmaz) nəticələri.

Ekoloji risk zonası

Quruokean səthində insan fəaliyyətinin təhlükəli ekoloji vəziyyət yarada biləcəyi yer (məs, sualtı neft çıxarılan zona, dənizin tankerlərin keçməsi üçün təhlükəli olan sahəsi və s.).

Ekoloji riskin qiymətləndirilməsi

Təbii resurslara insanın təsirinin bütün komponentlərdə effektinin qiymətləndirilməsi üçün ümumi sistemə tətbiq olunan analitik proses. Belə bir analizə ilkin təhlükənin identifikasiyası, məruzqalmanın cavab dozasının qiymətləndirilməsi və riskin xarakteristikasının müəyyənləşdirilməsi daxildir.[1]

İstinadlar

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003

Xarici keçidlər

EKOLOJİ TERMİNLƏR

Həmçinin bax

Ekoloji