Ekranas FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ekranas FK
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) Κυανέρυθροι, Mėlynai Raudoni, The Blue-Reds
Rəng(lər) göy, qırmızı
Yaranma tarixi 1964
Bağlama tarixi 2015

Ekranas (Litva dilində-Futbolo Klubas Ekranas) - Litvanın futbol klubu. Panevejis şəhərində yerləşir.

Tarixi

1964-cü ildə yaranan komanda ilk uğurunu 21 il sonra qazanıb. 1985-ci ildə Litva çempionu olan Panevejis şəhəri təmsilçisi 1991-ci ildən başlayaraq, müstəqil Litva birinciliklərinin daimi iştirakçısıdır. 20-ci yubiley çempionatında 12 turdan sonra 27 xalla ikinci pillədə qərarlaşan “Ekranas” əvvəlki 19 mövsümdə kifayət qədər titul qazanıb. 2008-ci ilin ortalarından baş məşqçi postuna Valdas Urbonası gətirən Panevejis təmsilçisi ev oyunlarını cəmi 4 min tamaşaçı tutan “Aukştaitiya” stadionunda keçirir.[mənbə göstərin]

Uğurları

1985, 1993, 2005, 2008-ci illərdə 4 dəfə futbol üzrə Litva çempionatının qalibi olmuşdur. 3 dəfə gümüş medala sahib çıxıb - 2003, 2004, 2006. 4 dəfə bürünc medala sahib çıxıb - 1994, 1998, 2002, 2007. 3 dəfə də kubokun finalçısı olub - 1994, 2003, 2006.

1985, 1998, 2000-ci illərdə 3 dəfə Litva Kubokunun sahibi olub.

1998, 2006-cı illərdə 2 dəfə Litva Superkubokunu qazanmışdır.

2006-cı ildə Baltik Çempionları Kubokunun qalibi olmuşdur.

19932009-cu illərdə “Birlik Kuboku” turnirinə yollanan “Ekranas” tarixi ərzində bu turnirdə uduzmayıb. Onlar müvafiq olaraq yarımfinal və 1/4 finaladək irəlilədiyi turnirlərdə penaltilər seriyasında mübarizəni dayandırıb.

Avrokuboklardakı iştirakı

Avrokuboklarda 11 dəfə çıxış edən “Ekranas” 4 dəfə mərhələ adlaya bilib ki, bu da onların 30 oyun keçirməsinə imkan verib. Ümumilikdə, 9 qələbə, 6 heç-heçə və 15 məğlubiyyəti olan rəqibimiz top fərqində də geridir – 33:54.

1993/1994. Çempionlar Liqası

“Floriana” (Malta) 0:1 0:1 (ilk oyun evdə)

1998/1999. Kuboklar Kuboku

“Apollon” (Kipr) 1:2 3:3 (ilk oyun evdə)

1999/2000. İntertoto Kuboku

“Çaxlaul” (Rumıniya) 0:1 0:1 (ilk oyun səfərdə)

2000/2001. UEFA Kuboku

“Lyers” (Belçika) 0:3 0:4 (ilk oyun evdə)

2001/2002. İntertoto Kuboku

“Artmedia” (Slovakiya) 1:1 1:1 pen – 4:5 (ilk oyun evdə)

2003/2004. UEFA Kuboku

“Debretsen” (Macarıstan) 1:1 1:1 pen – 2:3 (ilk oyun evdə)

2004/2005. UEFA Kuboku

“Dudelanj” (Lüksemburq) 1:0 2:1 (ilk oyun evdə)

“Odd Qrenland” (Norveç) 1:3 2:1 (ilk oyun səfərdə)

2005/2006. UEFA Kuboku

“Kork Siti” (İrlandiya) 0:2 1:0 (ilk oyun evdə)

2006/2007. Çempionlar Liqası

“Elbasani” (Albaniya) 0:1 3:0 (ilk oyun səfərdə)

Dinamo Zaqreb (Xorvatiya) 1:4 2:5 (ilk oyun evdə)

2007/2008. UEFA Kuboku

B-36 (Farer adaları) 3:1 3:2 (ilk oyun səfərdə)

“Valarenga” (Norveç) 1:1 0:6 (ilk oyun evdə)

2008/2009. İntertoto Kuboku

“Narva” (Estoniya) 1:0 3:1 (ilk oyun evdə)

Rusenborq (Norveç) 1:3 0:4 (ilk oyun evdə)

2009/2010. Çempionlar Liqası

Bakı (Azərbaycan) 2:2 2:4 (ilk oyun evdə)