Elçin Şıxlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elçin Şıxlı
Vəzifədədir
2006-cı ildən
ƏvvəlkiHacı Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1957(1957-10-04) (66 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, yazıçı
Atası İsmayıl Şıxlı

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elçin İsmayıl oğlu Şıxlı (4 oktyabr 1957, Bakı) — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Həyatı

Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir.[1]

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.[1]

Fəaliyyəti

1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V. İ. Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azərbaycan Kommunisti" — "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışmıdır. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olmuşdur. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.[1]

Şəxsi həyatı

Evlidir. İki övladı var. Yazıçı İsmayıl Şıxlının oğludur.[1]

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. O, açıqlamasında qeyd etmişdir ki, səs vermək üçün "İlham Əliyevdən başqa adam yoxdur".[2]

Filmoqrafiya

İstinadlar

  1. 1 2 3 4 Elçin Şıxlının bioqrafiyası — www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  2. "İlham Əliyevdən başqa kimə səs verməliyəm ki... - Elçin Şıxlı". modern.az. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.

Xarici keçidlər