Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hacı Əliheydər oğlu Hacıyev (18 fevral 1925, Bakı – 23 fevral 2008, Bakı) — tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989–2006), Azərbaycanın əməkdar jurnalisti (1985).
Hacı Hacıyev | |
---|---|
1989 – 2006 | |
Sonrakı | Elçin Şıxlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 2008 (83 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
|
|
Təltifləri |
Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur[1]. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur (1943). Bakıda emal sexində hesablayıcı işləmişdir (1942). Ordu sıralarında xidmət etmişdir (-1950). Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1950–1957). "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri (1950–1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953–1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959–1961), "Ekran" Yaradıcılıq Birliyinin sədri (1968–1970) , Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor (1970–1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974–1989) seçilmişdir[1]. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989–2006). 2006-cı ildən qurumun fəxri sədri seçilib[1].
Ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutur. Dünya ədəbiyyatından Azərbaycan dilinə çevirdiyi əsərləri vaxtaşırı nəşr etdirmiş, rəğbətlə qarşılanmışdır. A. Çexovun "Gecikmiş güllər" povesti, Misir ədiblərinin hekayələri onun tərcüməsində ayrı-ayrı kitablarda nəşr olunmuşdur. M. Qorkidən Azərbaycan dilinə çevirdiyi "Qoca" pyesi mavi ekranda və efirdə verilmişdir. Türkiyənin "Yeni forum" və "Tanıtım" jurnallarında, eləcə də bir sıra xarici mətbuatda siyasi publisistik məqalələri dərc edilmişdir. Türkiyənin Kayseri şəhərində Ümumdünya Azərbaycan konqresində (1990), Bodrumda "Türk millətlərinin siyasi və iqtisadi gələcəyi" simpoziumunda (1991) Azərbaycanda milli istiqlal hərəkatı və siyasi vəziyyət probleminə dair məruzə ilə çıxış etmişdir.
Hacı Hacıyevın təşəbbüsü ilə Həsən bəy Zərdabi mükafatı təsis olunub
23 fevral 2008-ci ildə vəfat etmişdir.