Enliqulaq bükükdodaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Enliqulaq bükükdodaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Enliqulaq bükükdodaq (lat. Tadarida teniotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin buldoqkimilər fəsiləsinin bükükdodaq cinsinə aid heyvan növü.

Kateqoriya və statusu

4 (BTMİ-nin 2.3 (1994-cü il) və 3.1 (2010-cu il) variantlarına əsasən LR/lc). Azərbaycan Respublikasının Qırmızı Kitabının I nəşrinə "məhdud arealı olan çox nadir növ" statusu ilə daxil edilib. Bern Konvensiyasına əsasən mühafizə olunur (Əlavə II). Qafqazda "məlumat azlığı" (DD) kimi qiymətləndirilib.

Yayılması

Arealı Aralıq dənizinin şimal və cənub hissələrini, Qafqazı, Qazağıstanı, Elbrus, Kopetdağ və Pamir dağlarını əhatə edir. Ərəbistan yarımadasından və İranın cənubundan tək-tək tapıntılar var. Qafqazda cəmi bir neçə dəfə tapılıb. Azərbaycanda birinci dəfə 1938-ci ildə Dağlıq Qarabağın ərazisində Şuşa dərəsində N. Qubarev tərəfindən, 1939-cu ildə həmin yerdə A. Kuzyakin tərəfindən aşkar olunub. Sonralar Azərbaycanda aşkar edilməyib.

Yaşayış yerləri və həyat tərzi

Meşə, çəmən, çöl, yarımsəhra, dağ landşaftlarında rast gəlinir. Bu növ əsasən qayalıq, dərin dərələr olan ərazilərdə aşkar ediliblər. Qafqazda 1500 – 2000 m d.s.h. qədər yüksəlir. Qayalarda, daş binaların yarıqlarında, ağacların qabığının altında özlərinə sığınacaq tapırlar. Qayaların çıxıntılarında kiçik koloniyalar (5–50 dişi fərd, nadir hallarda daha çox) yerləşir. İyun ayında bir bala doğurlar. Qida axtarışında sığınacaqlarından uzaq məsafəyə uçurlar. Avropada 100 km qədər uçuşlar qeydə alınıb. Qafqazda Bükükdodaq enliqulağın qışlaması aşkar edilməyib.

Sayı

Areal boyu koloniyaların sayı 100 fərddən çox olmayıb.

Məhdudlaşdırıcı amillər

Əksər sığınacaqları insan üçün əlçatmaz ərazilərdə yerləşir və orada məskunlaşan koloniya təsadüfən narahat edilə bilər. Ekspertlərin fikrincə, bütün ölkələrdə əsas mənfi təsir antropogen təsir nəticəsində yaşayış mühitinin keyfiyyətinin itirilməsi nəticəsində yarana bilər.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Növ aşkar olunan ərazidə Daşaltı Dövlət Təbiət Yasaqlığı yaradılıb. Qanunla Qırmızı Kitaba daxil edilmiş növ kimi qorunur. Dağlıq Qarabağın işğal altında olması səbəbindən mühafizə tədbirlərini həyata keçirmək mümkün deyil. Faydalı mühafizə üçün Tadarida teniotis tərəfindən istifadə olunan əraziləri müəyyən etmək və radiometriya metodu vasitəsilə ərazinin istifadə xüsusiyyətini öyrənmək.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax