Molossidae

Buldoqkimilər (lat. Molossidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.

Buldoqkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi təsviri

[redaktə | mənbəni redaktə et]

Fəsilənin nümayəndələri əsasən kiçik, nadir hallarda isə iri yarasalardır. Başı enli və yastıdır. Üst dodağı sallaq ətli büküşün içərisinə yığılmış, üzəri sərt qıllarla örtülmüşdür. Qulaqları önə uzanmış və başın üst səthi səviyyəsində yerləşmişdir. Qulaqları enli və qalındır. Çox vaxt iç kənarları ilə başın üzərində bitişir.

Qanadları ensiz və itidir. Yoğun əzələli quyruğu, az qala yarıya qədər omaarası pərdədən kənara çıxır. Traqusu qısa və enlidir. Boynunun ətrafında iri dəri qırışlar vardır.

Yer kürəsinin tropik və subtropik vilayətlərində yayılmışdır. Şərq yarımkürəsində Aralıqdənizi ölkələrində, Asiya, AfrikaAvstraliyanın tropiksubtropik qurşaqlarında rast gəlinir. Qərb yarımkürəsində cənubi Argentina, Çilidən ABŞ mərkəzi ştatlarına və Qəraib dənizi hövzəsinin adalarına qədər yayılıb. Fəsilənin 85 – yə yaxın müxtəlif nümayəndələri 12 cinsdə birləşir. Qafqazda bir cins və bir növlə təmsil olunmuşdur. Hər yerdə arealın hüdudlarında nadirdir.