Gözəllik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Gözəllik — estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istisnasız olaraq bütün həyatkainat təzahürlərini, təbiətcəmiyyət hadisələrini, əmək, ictimai münasibətincəsənət sahələrini əhatə edir.

Platon gözəllik haqqında

Qədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. "gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz". Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir

Heraklit gözəllik haqqında

Heraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir.

Aristotel gözəllik haqqında

Aristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır.

Ədəbiyyat

Həmçinin bax