Güllər və quşlar (İrəvani)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Güllər və quşlar
Rəssam Mirzə Qədim İrəvani
Saxlanıldığı yer Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı

Güllər və quşlar — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Təsviri

Bu rəsm-trafaret uzunsov kağız üzərində çəkilmişdir.[1] Yarpaqlar və çiçəkli budaqların sallandığı vaza kənarlarını xatırladan kompozisiya vertikal şəkildə təşkil edilmişdir (fuksiya, lalə və itburnu çiçəklərindən). Qızılgül tumurcuqları kompozisiyaya tamlıq bəxş edir. Kompozisiyanın mərkəzində itburnusüsən çiçəkləri arasında iki erkək qırqovul yerləşdirilib. İki erkək fazan isə qızılgüllərdən yuxarıda təsvir edilib. Quşların hərəkət və cins elementləri, süsənin rəng çaları, çəhrayı tumurcuqlar və onlara uyğun budaqların rəngləri düzgün verilib.[2]

İstinadlar

Ədəbiyyat

  • Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.