Döyüşçü — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Döyüşçü | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Qədim İrəvani | |
Tarixi | XIX əsr | |
Saxlanıldığı yer | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı |
Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir.[qeyd 1] Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir. Döyüşçü parlaq-narıncı dizliyə və qara çəkmələrə malikdir ki, bu da Miklaşevskaya tərəfindən döyüşçünün monoxrom geyimində rəngarənglik kimi qiymətləndirilir.[1].