Qızılgül və bülbül — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Qızılgül və bülbül | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Qədim İrəvani | |
Saxlanıldığı yer | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı |
Əsərdə böyük qızılgül, tumurcuqlar və yaşıl yarpaqlar təsvir olunmuşdur. Birinci yarpaq üzərində punktirin olmaması diqqət cəlb edir. Əsərin digər hissələri isə bir və ya iki qat boya ilə işlənmişdir. Yalnız aşağı tərəfdə budağın yaşıllığı saxlanmışdır. Böyük qızılgülün aşağısında bir bülbül təsvir edilmişdir. Əsər yaxşı vəziyyətdə dövrümüzə çatmışdır.[1].