Gün çıxması əməliyyatı (Vyetnam müharibəsi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gün çıxması əməliyyatı
Tarix 30 aprel 1962

Gün çıxması əməliyyatı (ing. Operation Sunrise) — Vyetnam müharibəsi zamanı Cənubi Vyetnamın Vyetkonqa (VC) qarşı uzunmənzilli əks-hücumunun ilk mərhələsi. 1962-ci ilin martında Birləşmiş Ştatlarla birlikdə başladılan əməliyyatın məqsədi müasir ABŞ hökumət sənədlərinə görə "Vyetkonqu Sayqondan 40 mil şimal-qərbdəki ərazidən təmizləmək" idi.[1] Sayqondan 35 mil (56 km) uzaqlıqda yerləşən Binzıonq vilayətinin Benkat rayonundan Teynin və Fıoktuy vilayətlərini əhatə etmişdir.[2] "Strateji hamletlər" anlayışı "Gün çıxması" əməliyyatının bir hissəsi kimi formalaşdırılmışdı və əməliyyat bunun əsasında yaranmış Strateji Hamlet Proqramı üçün "sınaq sahəsi" rolunu oynayırdı.[2][3] Əməliyyat daha geniş Ürəklər və ağıllar kampaniyasının bir hissəsi olaraq istənilən effekti verə bilməmişdir. Ərazidə Vyetkonq elementlərinin sayının azaldılmasında uğur qazanılmasına baxmayaraq, yerli vətəndaşlar öz evlərindən çıxarılmasının əleyhinə idilər.[4] 70 ailənin könüllü olaraq köçürülməsi və daha 140 ailənin hədə-qorxu ilə köçürülməsi nəticəsində yerli əhalinin müharibə səylərinə dəstəyi şübhə altına düşmüşdü.[5] ABŞ Beynəlxalq İnkişaf Agentliyi köçürülən ailələrə 300 min dollar təzminat ayırmışdı.[5] ABŞ əsgərlərinin hamletlərə baxışları bəzən rəğbətlə qarşılanırdı, general Tomas Bovenin saxladığı əsgər mahnılarından ibarət mahnılar toplusunda hamletlərdə saxlanılan kəndlilər ilə empatiya hissi nümayiş olunurdu.[6][7]

İstinadlar

  1. "Foreign Relations of the United States, 1961–1963, Volume II, Vietnam, 1962 - Office of the Historian". history.state.gov. İstifadə tarixi: 2020-01-25.
  2. 1 2 Donnell, John C., 1919-. The Vietnamese "strategic hamlets" : a preliminary report. Rand Corp. 1962. OCLC 6457195.
  3. Beckett, Ian F. W. "Robert Thompson and the British advisory mission to South Vietnam, 1961–1965". Small Wars & Insurgencies (ingilis). 8 (3). 2007-11-26: 54. doi:10.1080/09592319708423184.
  4. Latham, Michael E. "Redirecting the revolution? The USA and the failure of nation-building in South Vietnam". Third World Quarterly. 27 (1). 2006-02-01: 27–41. doi:10.1080/01436590500368743. ISSN 0143-6597.
  5. 1 2 (#empty_citation)
  6. "Miscellaneous Songs (1960s)". www.horntip.com. İstifadə tarixi: 2020-01-25.
  7. Bowen, Thomas. The Longest Year: A Collection of Songs by Advisors and Civilians in the Vietnam War. Buffalo: Vietnam Veterans Oral History and Folklore Project. 1990.