Gevork Pamuqcıyan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gevork Pamuqcıyan
türk. Kevork Pamukciyan
Doğum tarixi 23 fevral 1923(1923-02-23)
Doğum yeri
Vəfat tarixi 24 sentyabr 1996(1996-09-24) (73 yaşında) və ya 23 sentyabr 1996(1996-09-23)[1] (73 yaşında)
Vəfat yeri
Fəaliyyəti filoloq

Gevork Pamuqcıyan (türk. Kevork Pamukciyan; 23 fevral 1923, Konstantinopol24 sentyabr 1996 və ya 23 sentyabr 1996[1], İstanbul) — erməniəsilli Türkyiə yazıçısı, tarix və bioqrafiya tədqiqatçısı.[2]

Həyatı

Gevork Pamuqcıyan 23 fevral 1923-cü ildə İstanbulun Üsküdar rayonunun Quzguncuq səmtinin İcadiye məhəlləsində əslən Kayseridən olan bir ailədə anadan olmuşdur.[3] Gevorkun atası Hacı Mikayıl Pamuqcıyan, anası Nazeli Lusararyandır.[3] İbtidai təhsilini 1937-ci ildə Nersesyan-Yermonyan məktəbində başa vurmuş Gevork təhsilini Müqəddəs İosif Fransız Kollecində davam etdirmişdi. Onuncu sinfə qədər burada təhsilini davam etdirmiş Gevork 1945-ci ildə məktəbi yarımçıq qoymuşdur.

Gevork əsərlərinin sonunda Gevork Pamukcıyan imzasından başqa Kim-Men-Pen, K.M.P., K.P., Gevork Mırayon, G.Mırayon, Hasmiq, K.Arkeos, Xarazan adları və abbreviaturaları da öz imzası kimi istifadə etmişdir.[3]

Gevork Pamuqcıyan 23 sentyabr 1996-cı ildə, 73 yaşında İstanbulun Şişli rayonunun Fəriköy səmtində yerləşən Surp Aqop xəstəxanasında vəfat etmişdir.[4]

İstinadlar

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. "Pamukciyan, Kevork". islamansiklopedisi.org.tr. TDV İslâm Ansiklopedisi. 16 Şubat 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Nisan 2020.
  3. 1 2 3 "Kevork Pamukciyan'ın Tarih Perspektifinden Olaylara Bakışı (Yüksek Lisans Tezi)" (PDF). ankara.edu.tr. Ankara: Ankara Üniversitesi. 2005. 24 Nisan 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 Nisan 2020.
  4. "Ermeni Asıllı Türk Dilcileri ve Bunların Çalışmalarına Genel Bir Bakış" (PDF). haypedia.com. Yeni Türkiye Dergisi. 2014. 19 Ağustos 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 Nisan 2020.

Xarici keçidlər