Həsən əl-Bənna

Vikipediya saytından
(Həsən Bənna səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həsən Bənna
ərəb. حسن البنا‎
Doğum tarixi
Doğum yeri Mahmudiyyə, Misir
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Qahirə, Misir
Vəfat səbəbi sui-qəsd
Fəaliyyəti yazıçı, müəllim, siyasətçi, lider
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən BənnaMisirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi.

Həyatı

1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman Bənnanın ailəsində doğulmuşdur. Ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan Əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur. Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur.

Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur. 1927-ci ilin iyununda bu fakültəni də bitirir və İsmailiyyəyə müəllim təyin edilir. 1928-ci ilin mart ayında altı dostu, Hafiz Əbdülhəmid, Əhməd əl-Husəri, Fuad İbrahim, Əbdürrəhman Həsəbullah, İsmail İzz və Zəki əl-Məğribi ilə Müsəlman Qardaşlar Birliyini ("Cəmaətül-İxvanil-Müslimin") yaradır. Həsən Əl-Bənna 1949-cu il 12 fevralda qətlə yetirilərək, şəhid olmuşdur.[1]

Həmçinin bax

İstinadlar

  1. "Müsəlman Qardaşlar Hərəkatı". 2011-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.

Xarici keçidlər