Hacı Xəlil (Abaran)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
kənd
Hacı Xəlil
40°38′10″ şm. e. 44°13′23″ ş. u.
Ölkə  Ermənistan
Rayon Alagöz rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1850
Mərkəzin hündürlüyü 2.100 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.611 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0401
Xəritəni göstər/gizlə
Hacı Xəlil xəritədə
Hacı Xəlil
Hacı Xəlil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacı Xəlil — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.[2][3][4]

Tarixi

Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə[5], Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdur[7]. Ehtimal ki, həmin şəxs (Xəlil) kənd saldırıb və kənd də (Hacı Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X əsrdə salındığı qeyd edilir[8].

Toponimi

1850-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsaxkovit adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır və Qars əyalətində Hacı Xəlil dağının adındandır. Dağ isə oradakı "Hacı Xəlil" pirinin adı ilə adlandırılmışdır.[9] Toponim Hacı Xəlil şəxs adı əsasında formalaşmış antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15.VII.1946-cı il fərmanı ilə dəyişdirilib Tsaxkahovid qoyulmuşdur.

Əhalisi

Bu kəndin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra, 1830-cu illərdə xaricdən köçürülən ermənilər, bu kənddə yerləşdirilmişdir[8].

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Алияров С.С. К эпической биографии Алп Эрена. "Советская тюркология", 1987, № 6.
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s. 109–111
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.55
  7. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.109–111
  8. 1 2 Ermənistan Sovet Ensiklopediyası, V c., İrəvan, 1976, s.110
  9. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һаҹы Хәлил // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.