II Andronik (Trabzon imperatoru)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
II Andronik
Şəxsi məlumatlar
Doğum tarixi 1240
Doğum yeri
Vəfat tarixi 1266
Vəfat yeri
Atası I Manuel (Trabzon imperatoru)[1]

II Andronik Komnenos (yun. Ἀνδρόνικος Κομνηνός) (1240, Trabzon1266, Trabzon) — 5-ci Trabzon imperatoru.[2]

Həyatı

Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ilk xanımı Anna Xaylalodur. Atasının vəfatının ardından 1263-cü ilin martında taxta çıxdı. Onun üç illik qısa səltənətində Trabzon ticarət mərkəzi olaraq daha da inkişaf etdi. Ancaq atası dönəmində fəth edilən Sinop əyaləti 1266-cı ildə yenidən Anadolu səlcuqları tərəfindən işğal edildi və bu bölgədə Pərvanəoğulları bəyliyi yaradıldı. Beləcə, Anadolu səlcuqları Qara dənizdə donanma qurmağa başladı və ticarətdə Trabzonlulara rəqib olmağa başladı.

1266-cı ildə vəfat etmişdir. Övladı olmadığı üçün yerinə qardaşı Qriqori taxta çıxmışdır.

Mənbə

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8

İstinadlar

  1. Lundy D. R. Andronikos II Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
  2. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.