Kansay Yamamoto

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kansay Yamamoto
yap. 山本 寛斎
Doğum tarixi 8 fevral 1944(1944-02-08)[1][2]
Doğum yeri
Vəfat tarixi 21 iyul 2020(2020-07-21)[3][4][…] (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi leykoz
Təhsili
  • Nihon Universiteti[d] (19621964)
Fəaliyyəti dəb dizayneri
kansai-inc.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kansay Yamamoto (山本 寛斎, Yamamoto Kansay?, 8 fevral 1944[1][2], Yokohama21 iyul 2020[3][4][…], Tokio)Yaponiya dəb dizayneri. Avanqard kolleksiyalarına və Devid Boui ilə əməkdaşlığına görə tanınır.[5] 2020-ci ildə leykoz xəstəliyindən ölmüşdür.[5]

Həyatı

Kansay Yamamoto 1944-cü ildə doğulmuşdur.[5] İnşaat mühəndisliyi üzrə təhsil aldıqdan sonra dəb ilə maraqlanmağa başlamışdır.[5] 1971-ci ildə Londonda çıxış edən ilk Yaponiya dizayneri olmuşdur.[6] Bu çıxışından sonra teatr dizaynları beynəlxalq uğur qazanmışdır.[5]

Bu dövrdə Elton Con, Con LennonStivi Vander kimi musiqiçilərlə dostluq əlaqələri qurmuşdur.[6] Londondakı uğuru Devid Bouinin diqqətini cəlb etmiş və 1973-cü ildə onunla əməkdaşlıq qurmuşdur.[6] Yamamoto 2016-cı ildə verdiyi müsahibədə qeyd etmişdir ki, Boui onun Londonda satılan qadın geyimlərini tapdıqdan sonra onunla maraqlanmağa başlamışdır.[5]

Yamamoto Boui üçün bir çox səhnə kostyumu hazırlamışdır: kombinezonlar, bədən kostyumları, plaşlar və enli şalvarlar.[5] O, müğənninin 1973-cü ildəki "Aladdin Sane" turnesi üçün kostyumlar hazırlamış, Bouinin Ziqqi Stardast personajının yaradılmasında kömək etmişdir.[5]

Yamamoto 1970 və 1980-ci illərdən sonra kimonoya müasir baxış gətirmiş, Yaponiyaya məxsus basara konsepsiyasına yönəlmiş, qalın və cürətli dizaynlar yaratmağa başlamışdır.[5] O, 2018-ci ildə Louis Vuitton üçün kabuki motivlərinə malik kolleksiya nümunələri yaratmışdır.[5] O, Moskvanın Qırmızı meydanıLondonun Viktoriya və Albert muzeyi kimi məkanlarda tədbirlər təşkil etmişdir.[5]

Üslubu

Yamamoto drammatik dizaynları ilə tanınsa da, ənənəvi Yaponiya paltarlarından ilhamlanmışdır.[6] Onun dizaynları şişirdilmiş ölçülərə malikdir.[6] Yamamoto dizaynlarında yakko, karesansui, kumadori kimi yapon elementlərindən istifadə etmişdir.[6] Bu elementləri birləşdirərək gözqamaşdıran rənglərlə təqdim etmişdir.[6]

Yamamotonun işləri Ceremi SkottMark Ceykobs kimi dizaynerlərə həsr göstərmişdir.[6]

İstinadlar

  1. 1 2 Kansai Yamamoto // Kunstindeks Danmark (dan.).
  2. 1 2 Kansai Yamamoto // Nationalencyklopedin (швед.). 1999.
  3. 1 2 Muere el diseñador japonés Kansai Yamamoto a los 76 años por leucemia. Agencia EFE, 2020.
  4. 1 2 Le créateur de mode japonais Kansai Yamamoto est mort (fr.). // Le Monde / J. Fenoglio Paris: Société éditrice du Monde, 2020. ISSN 0395-2037; 1284-1250; 2262-4694
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 "Kansai Yamamoto, fashion designer, dies age 76". CNN (ingiliscə). 27 iyul 2020. 28 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2022.
  6. 1 2 3 4 5 6 7 8 "Kansai Yamamoto, Japanese fashion designer, leaves behind a legacy of revolutionary designs". CoBo (ingiliscə). 28 iyul 2020. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2022.

Xarici keçidlər