Kapron turşusu
Kapron turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | СH3(CH2)4СООН |
Molyar kütlə | 116,15 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,920 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -3,4 °S |
Qaynama nöqtəsi | 202-203 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 142-62-1 |
PubChem | 8892 |
ChEBI | 30776 |
ChemSpider | 8552 |
Kapron turşusu (heksan turşusu) СH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır.
İzomerləri
Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur:
- 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH
- 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH
- 2- metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH
- 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH
- 3- etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH
- 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH
- 2,2- dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH
- 2,3- dimetilbutan turşusu СН3-СH(СН3)-СH(СН3)-COOH
və 5 siniflərarası izomerlər:
- Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-СOOH-СН3
- Kapron turşusunun etil efiri СН3-СН2-СН2-СOOH-СН2-СН3
- Kapron turşusunun propil efiri СН3-СН2-СOOH-СН2-СН2-СН3
- Kapron turşusunun butil efiri СН3-СOOH-СН2-СН2-СН2-СН3
- Kapron turşusunun pentil efiri СOOH-СН2-СН2-СН2-СН2-СН3
Fiziki xassələri
Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С ). Metanol, etanol, efirdə yaxşı həll olur.
Kimyəvi xassələri
Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Alınması və təbiətdə yeri
Təbiətdə müxtəlif heyvanların piylərində və babassu palmalarının tərkibində mövcuddur (0,2%). Ağacın tərkibində vardır Goupia glabra(=tomentosa); alına bilər: nitrildən — Н3С[СH2]4CN, normal heksanolun oksidləşməsindən, gənəgərcək yağının oksidləşməsindən; çürümüş pendirin iştirakı ilə şəkərin qıcqırmasından, streptokokların təsiri ilə fibrindən. 3.6-7.2% süd yağlarının tərkibinə daxildir.
Tətbiqi
Mürəkkəb efirlərin alınmasında istifadə edilir. Aromatizator olaraq heksilfenolların alınmasında tətbiq edilir.
Təhlükəsizliyi
Alışma temperaturu – 1020C, öz-özünə alışma temperaturu – 3800C. Partlayış həddi 1.3-9.3%. BBQ 5 mq/m³. ЛД50 - 3000 mq/kq
Mənbə
- Капроновая кислота // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Химическая энциклопедия, Т2. Под ред. Кнунянца Л.И. - М.: Советская энциклопедия, 1990. - С.616