Kapron turşusu

Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır.

Kapron turşusu
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu СH3(CH2)4СООН
Molyar kütlə 116,15 q/mol
Fiziki xassələri
Sıxlıq 0,920 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -3,4   °S
Qaynama nöqtəsi 202-203   °S
Təsnifatı
CAS-da qeyd. nöm. 142-62-1
PubChem
ChEBI 30776
ChemSpider

Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur:

  • 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH
  • 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH
  • 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH
  • 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH
  • 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH
  • 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH
  • 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH
  • 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH

və 5 siniflərarası izomerlər:

  • Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3
  • Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3
  • Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3
  • Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3
  • Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.

Alınması və təbiətdə yeri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə müxtəlif heyvanların piylərində və babassu palmalarının tərkibində mövcuddur (0,2%). Ağacın tərkibində vardır Goupia glabra(=tomentosa); alına bilər: nitrildən — Н3С[СH2]4CN, normal heksanolun oksidləşməsindən, gənəgərcək yağının oksidləşməsindən; çürümüş pendirin iştirakı ilə şəkərin qıcqırmasından, streptokokların təsiri ilə fibrindən. 3.6–7.2% süd yağlarının tərkibinə daxildir.

Mürəkkəb efirlərin alınmasında istifadə edilir. Aromatizator olaraq heksilfenolların alınmasında tətbiq edilir.

Təhlükəsizliyi

[redaktə | mənbəni redaktə et]

Alışma temperaturu – 1020C, öz-özünə alışma temperaturu – 3800C. Partlayış həddi 1.3–9.3%. BBQ 5 mq/m³. ЛД50–3000 mq/kq

  • Капроновая кислота // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  • Химическая энциклопедия, Т2. Под ред. Кнунянца Л. И. — М.: Советская энциклопедия, 1990. — С.616