Karniol skopoliyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Karniol skopoliyası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Scopolia carniolica Jacq.

Karniol skopoliyası (lat. Scopolia carniolica)[1] - skopoliya cinsinə aid bitki növü.[2]

Botaniki xarakteristikası

Çoxillik ot bitkisi olub, horizontal, şişman, lətli, zəif gövdəli kökümsovu vardır. Gövdənin hündürlüyü 80 sm, açıq-yaşıl, demək olar ki, əsası bənövşəyi rənglidir. Yarpaqları yaşıl, saplaqlı, uzunsov-yumurtaşəkilli, zirvəsi itiuclu, bütövkənarlı və ya zirvəsi 1-2 dişlidir. Çiçəkləri başı aşağı əyilmiş, tək, uzunluğu 2-2,5sm, çiçək saplağı uzun, zənğşəkilli, 5 dişli, tacın xarici hissəsi tünd qırmızı-bənövşəyi, daxili isə sarımtıl-qonur rənglidir. Meyvələri dairəvi olub, açılandır.[3]

Kökümsovlarını erkən yazda, yayın sonunda toplamaq lazımdır. Kökümsovlarını kürək və çəngəllə torpaqdan çıxararaq yumaq və qurutmaq lazımdir. Xammal toplandıqdan 10-15 il ərzində biosenoz bərpa edilir. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında sərilməli, qutucuqları günəş altında və ya 40ОС temperaturda quruducu şkafda qurudulmalıdır.[4]

Zəif iyə və məlum olmayan dada malikdir(!).[5]

Tərkibi və təsiri

Bütün orqanlarında 0,9% (tropan sırası), hiosçiamin və skopolamin alkaloidləritapılmışdır. Kökümsovlarının tərkibində 0,4% hiosçiamin toplanmışdır. Qutucuğun tərkibində 0,55%, toxumlarının tərkibində isə 0,31% skopolamin alkaloidi toplanmışdır.[6]

Yabanı ot bitkisi olan skopolianın kökümsovu keyfiyyətli xammal və dərman hesab edilir. Kökümsovlarının tərkibində çoxlu miqdarda skopolamin vardır.

Kökündən atropin sulfat, hiosçiamin, kamfora, skopolamin hidro-bromid,  skopolamin kamfora      alınır. Skopolamin sinir-psixi praktikada kamfora, hiosçiamin və skopolamin “aeron” həbinin hazırlanmasında istifadə edilir ki, bu da dəniz xəstəliklərində istifadə edilir.[7]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333