Skopoliya (lat. Scopolia)[1] - quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.[2]
Skopoliya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Skopoliya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yeganə Scopolia carniolica Jacq. növü var.
Skopoliya - (Scopolia jacq) — quş üzümü fəsiləsinə aid olan zəhərli ot bitkisidir. Bitkini çax vaxt səhvən mandiraqora adlandırılar. Kökümsoyu horizontal, ətli düyünvari, bəzi yerlərində keçənilki budaqlara bərkiyərək çox da dərin olmayan nahiyyədə qalır.
Kökümsoy hissəsindən bir neçə sulu gövdələr çıxır ki, yabanı növlərində onun hündürlüyü 20-50 sm, becərilən növündə isə 100 sm-ə çatır.
Yarpqaları bütöv kənarlı, yumurtavari, ucu biz formasında, gödək qıraqlıdır. Gövdəsinin aşağı qurtaracaq hissəsində yarpaq əvəzi pulcuqlar olur ki, bu da çiçəkləyəndən sonra tökülür.
Çiçəkləri tək-tək başıaşağı vəziyyətdə olub, uzun çiçək və uzun saplaqlı, zınqrov formalı, beş dişicikli, beş erkəkciklidir. Çiçək gövdə üzərindəki cüt yarpaqların arasından çıxır. Tacı xarici tərəfdən qonur, tünd mavi, daxili hissədən isə tünd yasəməni, zoğu sarımtıl, qonur rəngdədir.
Meyvəsi asıla bilən iki yuvalı qutucuqdur. Yetişən dövrdə yarpaqları açılır. Aprel-may aylarında çiçəkləyir.
Skopoliya Cənubi Alp dağlarına mənsub olan və Moldova, Karpat və Şimali Qafqazın çürüntü ilə zəngin olan yumşaq torpaqlı və iri yarpaqlı qarışıq meşələrin kölgəliklərində yetişir. Əsasən, Krasnodar vilayətində tədarük olunur. Skopoliya dekarativ bitki kimi bağ və parklarda yetişdirilir.
Skopoliya:The Plant List saytında takson barədə məlumat. (ing.)
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |