Kavaşra

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kavaşra
الكواشرة
34°36′43″ şm. e. 36°12′29″ ş. u.
Ölkə
Region Əkkar mühafəzəsi
Tarixi və coğrafiyası
Sahəsi 5.58 km2 km²
Mərkəzin hündürlüyü 700 m
Əhalisi
Əhalisi 2,763 nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu +961
Xəritəni göstər/gizlə
Kavaşra xəritədə
Kavaşra
Kavaşra

Kavaşra (ərəb. الكواشرة‎, həmçinin Kaveyşra və ya Kouvşra kimi də yazılır), Livanın Əkkar bölgəsinə daxil olan eyni adlı mühafəzədə yerləşən kənd. [1][2] Livan türkmənlərinin Livanda ən kompakt yaşadığı yer olan Kavaşra ölkə paytaxtı Beyrut şəhərindən 131 km şimalda, Tərabülüs əş-Şam şəhərindən isə 38 km məsafədə yerləşir.[1][3]

Yerləşməsi

Kavaşra, Əkkar mühafəzəsində, Əl Qoubaiyat yaxınlığında, Tərabülüs əş-Şam şəhərindən təxminən bir saatlıq avtomobil məsafəsində yerləşir. Kənd dəniz səviyyəsindən 700–800 metr (2,300–2,600 fut) hündürlükdə, düzənlik ərazidə yerləşir.[2] Kənddə kiçik süni göl var.[4] Kənd Suriya-Livan dövlət sərhəddində yerləşir.

Əhali

Kavaşra əhalisi Livan türkmənlərindən ibarətdir və kənddə 2.800 nəfər yaşamaqdadır.[2][1] Əhalinin əsas məşğuliyyəti əkinçilikdir.[5][6] Kənd sakinləri əsas etibarı ilə Gələcək Hərəkat adlı siyasi partiyanı dəstəkləməkdədirlər.[2]

Türk etnik mənsubiyyətinə görə kənd 2010-cu ildə dönəmin Türkiyə Baş naziri olmuş Rəcəb Tayyib Ərdoğan tərəfindən ziyarət edilmişdir.[7][8] 2010-cu ildən etibarən Türkiyə hökuməti tərəfindən Kavaşrada müxtəlif infrastruktur layihələri icra olunmuş yeni elektrik xətti çəkilmişdir.[5]

Yerli sakinlərdən biri kəndin etnik mənsubiyyətini belə ifadə etmişdir; Livanda Osmanlı hakimiyyətinə son qoyulandan sonra biz öz torpağımızda qalmağa qərar verdik. Biz hələ də türk dilini və adət-ənənələrimizi qoruyub saxlayırıq.[5] Kənddə həmçinin Suriya vətəndaş müharibəsindən qaçan bir necə yüz Suriya türkmənləri sığınmışdır.[1][9]

İstinadlar

  1. 1 2 3 4 "Syrian Turkmen flee to Lebanon's Turkish village". World Bulletin. 6 December 2013. 16 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  2. 1 2 3 4 Oytun Orhan. "THE FORGOTTEN TURKS: TURKMENS OF LEBANON" (PDF). Center for Middle Eastern Strategic Studies. February 2010. səh. 8. 5 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  3. "Kouachra". Localiban. 3 June 2015. 16 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  4. George Taylor. The Roman Temples of Lebanon: A Pictorial Guide (2). Dar el-Machreq Publishers. 1971. səh. 166.
  5. 1 2 3 "Kaweishra: A Turkish village in Lebanon". Anadolu Agency. 4 December 2013. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  6. "Municipal and ikhtiyariah elections in Northern Lebanon" (PDF). The Monthly. March 2010. səh. 21. Archived from the original on 3 June 2016. İstifadə tarixi: 4 November 2016.
  7. TULAY KARADENIZ. "Turkey's Erdogan consolidates power with ascent to presidency". Reuters. 28 Aug 2014. 24 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  8. PATRICK GALEY. "Turkish PM urges Israeli apology during Lebanon trip". Hürriyet Daily News. 24 Nov 2010. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  9. "Turkey extends aid to Turkmen refugees in Lebanon". ANADOLU AGENCY. 15 January 2015. 2 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.