Kavaşra (ərəb. الكواشرة, həmçinin Kaveyşra və ya Kouvşra kimi də yazılır), Livanın Əkkar bölgəsinə daxil olan eyni adlı mühafəzədə yerləşən kənd. [1][2] Livan türkmənlərinin Livanda ən kompakt yaşadığı yer olan Kavaşra ölkə paytaxtı Beyrut şəhərindən 131 km şimalda, Tərabülüs əş-Şam şəhərindən isə 38 km məsafədə yerləşir.[1][3]
Kavaşra | |
---|---|
الكواشرة | |
34°36′43″ şm. e. 36°12′29″ ş. u.HGYO | |
Ölkə | |
Region | Əkkar mühafəzəsi |
Tarixi və coğrafiyası | |
Sahəsi | 5.58 km2 km² |
Mərkəzin hündürlüyü | 700 m |
Əhalisi | |
Əhalisi | 2,763 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +961 |
Kavaşra, Əkkar mühafəzəsində, Əl Qoubaiyat yaxınlığında, Tərabülüs əş-Şam şəhərindən təxminən bir saatlıq avtomobil məsafəsində yerləşir. Kənd dəniz səviyyəsindən 700–800 metr (2,300–2,600 fut) hündürlükdə, düzənlik ərazidə yerləşir.[2] Kənddə kiçik süni göl var.[4] Kənd Suriya-Livan dövlət sərhəddində yerləşir.
Kavaşra əhalisi Livan türkmənlərindən ibarətdir və kənddə 2.800 nəfər yaşamaqdadır.[2][1] Əhalinin əsas məşğuliyyəti əkinçilikdir.[5][6] Kənd sakinləri əsas etibarı ilə Gələcək Hərəkat adlı siyasi partiyanı dəstəkləməkdədirlər.[2]
Türk etnik mənsubiyyətinə görə kənd 2010-cu ildə dönəmin Türkiyə Baş naziri olmuş Rəcəb Tayyib Ərdoğan tərəfindən ziyarət edilmişdir.[7][8] 2010-cu ildən etibarən Türkiyə hökuməti tərəfindən Kavaşrada müxtəlif infrastruktur layihələri icra olunmuş yeni elektrik xətti çəkilmişdir.[5]
Yerli sakinlərdən biri kəndin etnik mənsubiyyətini belə ifadə etmişdir; Livanda Osmanlı hakimiyyətinə son qoyulandan sonra biz öz torpağımızda qalmağa qərar verdik. Biz hələ də türk dilini və adət-ənənələrimizi qoruyub saxlayırıq.[5] Kənddə həmçinin Suriya vətəndaş müharibəsindən qaçan bir necə yüz Suriya türkmənləri sığınmışdır.[1][9]