Kerri-Enn Moss

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kerri-Enn Moss
ing. Carrie-Anne Moss
Doğum tarixi 21 avqust 1967(1967-08-21)[1] (56 yaş)
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, kino aktrisası, film prodüseri, model[d]
Fəaliyyət illəri 1989-cu ildən
Təhsili
  • Amerika Dramatik İncəsənət Akademiyası[d] (–1988)[2]
IMDb ID0005251
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kerri-Enn Moss (ing. Carrie-Anne Moss; 21 avqust 1967[1]) – Kanada aktrisası. "Matris", "Memento" və "Şokalad" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır.

Həyatı və karyerası

Gənclik dövrü

Kerri-Enn Moss Vankuver Kanadanın Britaniya Kolumbiyası əyalətində anadan olub. Onun Bruk adlı böyük qardaşı vardır. Ennin anası Barbara qızının adının o vaxtlar əfsanəvi hit olan Hollies-dən "Kerri Enn" mahnısından götürmüşdür.[3] Moss həyatının böyük hissəsini anası ilə Vankuverdə keçirib. 11 yaşında o, Vankuverdə uşaq musiqi teatrında çıxış edir və sonradan Avropaya konsert turuna yollanır. O vaxtlar Enn ilə birlikdə onun sinif yoldaşı Hill Bellou da yola düşmüşdü.

Turdan qayıtdıqdan sonra o, Amerikan Dram İncəsənət Akademiyasını daxil olur. 1985-ci ildə o, Vankuverdən Torontoya köçür və model karyerasına başlayır. Bu karyera 80-ci illərin axırında onu Yaponiyaİspaniyaya aparmışdır.

Karyera

1992-ci ildə Enn Barselonadan Los-Ancelesə köçür. Bu illər ərzində o bir neçə televiziya seriallarında çıxış edir. Ancaq Kerri-Enn Mossun bir aktrisa olaraq böyük uğuru 1999-cu ildə onun haker rolunda çıxış etdiyi "Matriks" filmindən sonra başlayır. O, seriyalarının hamısında çıxış edir və sonradan çəkilən cizgi filmini də səsləndirir.

Ennin Matriks seriyaları hesabına uğurlu karyesı ona Hollivuda digər filmlərə yol açır. Sonradan Kerri olduqca məşhur "Qırmızı planet", "Ekipaj", "Şokolad" və "Suvenir" kimi filmlərdə çəkilir. Enn "Suvenir" filminə görə Independent Spirit Award mükafatı almışdır. O, həmçinin Mass Effekt 2 oyununda Ariyanı da səsləndirmişdir.

Şəxsi həyatı

Moss 1999-cu ildən aktyor Stivon Roy ilə evlidir.[4] Onların 2003 və 2005-ci illərdə anadan olan iki oğlu və 2009-cu ildə anadan olan kiçik qızları var. Moss özlərinin şəxsi təhlükəsizliyi üçün uşaqlarının adlarını ictimai yerlərdə açıqlamaqdan imtina edirlər. Aktrisa Mariya Bello Ennin böyük oğlunun xaç anasıdır.[5]

Filmoqrafiya

Filmlər

Video oyunları

İl Başlıq Rol Qeydlər
2003 Enter The Matrix Trinity Sima və səsləndirmə
2010 Mass Effect 2 Aria (səs)


Mükafat və nominasiyalar

İstinadlar

  1. 1 2 Carrie-Anne Moss // filmportal.de. 2005.
  2. 1 2 Notable Past Students. Amerika Dramatik İncəsənət Akademiyası.
  3. "Carrie-Anne Moss – Profile, Latest News and Related Articles". 2012-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-27.
  4. http://www.people.com/people/archive/article Arxivləşdirilib 2009-10-08 at the Wayback Machine People magazine
  5. "Maria Bello". 2008-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-20.