Kirman səlcuqiləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tarixi dövlət
Kirman səlcuqiləri
fars. سلجوقیان کرمان
Bayraq
Bayraq
 
 
1041 — 1187


Kirman Səlcuq dövləti (1048-1188) – Alp Arslanın qardaşı Qavurd bəyin üsyan ilə Böyük Səlcuq İmperiyasından ayrılıb qurduğu dövlət idi. Dövlətin hakimləri Kirmanşahlar adlanırdı.

Tarixi

Dövlətin əsasları Çağrı bəyin oğlu Qavurd bəyin 1048-ci ildə bölgəni ələ keçirməsi ilə qoyulmuşdu. Bölgə Büveyhi əmirlərinin canişini olan Bəhram ibn Ləşkəristan tərəfindən idarə olunurdu. Səlcuqların işğalından sonra əmisi Toğrul bəyin adına xütbə oxutduran Qavurd bəy Kirman hakimi kimi təsdiqlənmişdi.

Alp Arslan 1072-ci ildə hakimiyyəti oğlu Məlikşaha vəsiyyət edib vəfat edəndə Qavurd bəy bu vəziyyətə razı olmayıb Kirmanda üsyana başlamışdı. Üsyan uğursuz nəticələnsə də Qavurdun davamçıları hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər.

Dövlət II Məhəmmədin Oğuz sərkərdəsi Məlik Dinara məğlub olmasından sonra dağılmış və Kirman Oğuz dövləti tərəfindən əvəz olunmuşdur.

Ərazisi

Dövlətin ərazisi KirmanSistan kimi vilayətlərdən əlavə müasir BƏƏOman bölgələrindən də ibarət idi.

Hökmdarları

  1. Qavurd bəy
  2. Kirman şah
  3. Sultan şah
  4. Turanşah
  5. İranşah
  6. Arslanşah
  7. I Məhəmməd şah
  8. Toğrul şah
  9. Bəhramşah
  10. II Arslanşah
  11. II Turanşah
  12. II Məhəmmədşah

Mənbələr

  • Sədrəddin Hüseyni - Zəbda əl Təvarix
  • Əbu Həmid Kirmanı - Səlcuqiyan və Ğuz dər Kirman