Kuba-Taba dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kuba-Taba
kab.-çərk. Къуэбэ-Тӏэбэ
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Böyük Qafqaz
Mütləq hündürlüyü 672 m
Yerləşməsi
43°48′57″ şm. e. 43°24′32″ ş. u.
Ölkə  Rusiya
Kuba-Taba xəritədə
Kuba-Taba
Kuba-Taba
Kuba-Taba xəritədə
Kuba-Taba
Kuba-Taba

Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının BaksanZolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir[1].

Coğrafiyası

Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir[2].

Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.

Etimologiyası

Kuba-Taba sözünün kabardin dilindən tərcüməsi — "çoxlu quru dərə", къуэ — "dərə" və бэ — "çoxlu". Ehtimal olunur ki, massivi ərazidə olan çoxlu quru və ya müvəqqəti dərələrin olmasına görə belə adlandırıblar.

Digər versiyaya görə dağın adı kabardin və ərəb sözlərinin birləşməsindən yaranıb — къуба́, tərcümədə "günbəz" mənasını verir. Məhs dağ massivinin forması məscid günbəzini xatırladır deyə belə adlandırılıb.

1924-cü ildə dağ massivinin cənub-şərqində, dağ ətəyində yeni salınmış kənd Kuba-Taba adlandırılmışdır. Məhs yeni kəndin ilk sakinləri Kuba kəndindən olan iyirmi ailə olmuşdur. Onlar özü doğma kəndlərinin və Taba dağının şərəfinə yeni yaşayış yerini Kuba-Taba adlandırmışdılar.[3] Əhalisi 3000 nəfər olan kəndin 95 %-i kabardinlərdi.

Dolu əleyhinə heyət

Dağ zirvəsində Kuba-Tabin dolu əleyhinə heyət fəaliyyət göstərir. Heyət Şimali Qafqazda meteoroloji və digər geofiziki proseslərə aktiv təsir göstərmək üçün hərbi xidmət göstərir[4]. Dolu əleyhinə heyət ilk dəfə 1964-cü ildə yaradılmışdır. 1973-cü ildə isə bu ərazidə ilk dəfə olaraq xüsusi RLS MRL-5 təcrübədən keçirilmişdir. Xidmətin nəzarət etdiyi ümumi sahə 794 min hektardır. Onun 621 min hektarı kənd təsərrüfatı sahəsidir.

İstinadlar

  1. "Схема границ сельского поселения Куба-Таба и описание границ сельского поселения Куба". 2021-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
  2. "Гора Куба-Таба". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
  3. "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
  4. "История ФГБУ СКВС". 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.