Zolski rayonu (kab.-çərk. Дзэлыкъуэ куей, qaraç.-balk. Зольск район[4])) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zalukokoaje qəsəbəsidir.
Zolski rayonu | |
---|---|
43°53′ şm. e. 43°16′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Zalukokoaje[2] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1937 |
Sahəsi |
|
Hündürlük | 5.642 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86637 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Zolski rayonu Kabarda-Balkariya Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Baksan rayonu, cənub-şərqdə Elbrus rayonu, həmçinin qərbdə Qaraçay-Çərkəz Respublikası və şimalda Stavropol diyarı. Rayonun sahəsi 2124,50 km²-dir.
Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.
Rayonun hidroqrafik şəbəkəsi iki böyük çayın - Malka və Zolka hövzələrinə aiddir. Təbii su tutarlarından ən böyüyü Tambukan və Şadxureydir.
Kabarda-Balkariya Regional İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 23 fevral 1924-cü il tarixli qərarı ilə Naqornı dairəsi təşkil edilir[5]. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 30 sentyabr 1931-ci il tarixli qərarı ilə Naqornı dairəsi rayonu Naqornı rayonuna çevrildi. 1932-ci ilə qədər rayonun inzibati mərkəzi onun tərkibində olmayan Pyatiqorsk şəhəri idi.
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 29 dekabr 1937-ci il tarixli qərarı ilə Naqornı rayonu bölünür və Zalukokoaje, Zolski, Malkinski, Brunental, Svetlovodsk, Psinadaxski, Batexski, Kamlyuki, Şardakovski və Zalukodesk kəndlərinin daxil olduğu Malkinski rayonu təşkil edilir[6][7].
Kabardin Muxtar Sovet Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin 23 dekabr 1938-ci il tarixli qərarı ilə (2 mart 1939-cu ildə təsdiqlənmişdir) Malkinski rayonunun adı Zolski (mərkəzi Zolskoye kəndində) olaraq dəyişdirilmişdir.
Kabardin Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyətinin 18 sentyabr 1956-cı il tarixli və RSFSR Ali Soveti Rəyasət Heyətinin 2 noyabr 1956-cı il tarixli qərarları ilə Naqornı rayonu ləğv edildi və ərazisi Zolski rayonuna verildi.
Kabarda-Balkariya MSSR Ali Şurası Rəyasət Heyətinin 20 dekabr 1962-ci il tarixli qərarı ilə Zolski rayonu eyni sərhədlər daxilində Zolski kənd rayonuna çevrildi. Kabarda-Balkariya MSSR Ali Şurası Rəyasət Heyətinin 12 yanvar 1965-ci il tarixli fərmanı ilə isə ona yenisən rayon statusu qaytarılmışdır.
2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə şəhər və kənd yaşayış məntəqələri statusuna malik 16 bələdiyyə quruldu.
Şəhər şəraitində (Zalukokoaje q.) rayon əhalisinin 20.24 % yaşayır.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[8]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
kabardinlər | 44 588 | 91,11 % |
balkarlar | 2 934 | 6,00 % |
ruslar | 939 | 1,92 % |
digərləri | 462 | 0,94 % |
milliyyətini bildirməyənlər | 16 | 0,03 % |
ümumi | 48 939 | 100,0 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[9]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 5 449 | 5 283 | 10 732 | 21,93 % |
15 — 59 yaş | 15 832 | 16 610 | 32 442 | 66,29 % |
от 60 yaş | 2 155 | 3 610 | 5 765 | 11,78 % |
Ümumi | 23 436 | 25 503 | 48 939 | 100,0 % |
Kişilər — 23 436 nəf. (47,9 %). qadınlar — 25 503 nəf. (52,1 %)[10].
Əhalinin orta yaşı — 33,0 yaş. Kişilərin orta yaşı — 31,6 yaş. Qadınların orta yaşı — 34,2 yaş.