Baksan rayonu

Baksan rayonu (kab.-çərk. Бахъсэн район / Бахъсэн куей, qaraç.-balk. Бахсан район[4]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Baksan şəhəridir (rayonun ərazisinə daxil deyil).

Baksan rayonu
Бахъсэн район / Бахъсэн куей[1]

43°41′ şm. e. 43°32′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Baksan
Tarixi və coğrafiyası
Yaradılıb 1921
Sahəsi
  • 829,58 km²
Hündürlük
476 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 65.452 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86634
Rəsmi sayt
Baksan rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baksan rayonu Kabarda-Balkariya Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Stavropol diyarı, şərqdə Proxladnenski, cənub-şərqdə Urvan rayonu, cənubda Çeqem rayonu, cənub-qərbdə Elbrus rayonu, qərbdə Zolski rayonu. Rayonun mərkəzi hissəsinə onun inzibati vahidliyinə daxil olmayan Baskan şəhər dairəsi yerləşir.

Baksan şəhər dairəsinin inzibati ərazi quruluşunun təşkili ilə əlaqədar olaraq, Baksanyonok və Kişpək kənd yaşayış məntəqələri Baksan rayonunun ərazisinin qalan hissəsindən ayrılmışdır.

Zonallıq üzrə rayonlaşdırmaya görə, rayon ərazisi cənubdan şimal-şərqə qədər 3 zonaya bölünür: dağ, dağətəyi və ovalıq. Baksan rayonunun ümumi sahəsi 829.58 km²-dir. Bunlardan 750,35 km² kənd yaşayış məntəqələri tərəfindən idarə olunur.

Rayonun ən böyük çayları Baksan və Malka. Digər əhəmiyyətli çaylar Kurkujin, Xatakum, Baksanyonok, Qeduko, Psarışa və başqalarıdır. Baksan çayından Malkaya su ötürən Baksano-Malkinski kanalı mühüm rola malikdir. Bundan əlavə rayon ərazisi zəngin bulaqlara sahibdir. Ən məşhuru Qeduko istidır bulaqlarıdır. Zəngin yeraltı minerallara sahibdir: əhəng, tüf, vulkanik kül, gil. Adı çəkilən minerrallar yüksək keyfiyyətli kərpic istehsalına imkan verir.

Kabarda Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1 sentyabr 1921-ci ildə Baksan rayonu təşkil edilir. 1924- cü ildə rayona daxil olan bəzi yaşayış məntəqələri yeni yaranmış Naqornı və Primalka rayonlarına verilir.

30 sentyabr 1931- ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Baksan dairəsi əsasında Baksan rayonu yəşkil olundu. 2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 13 bələdiyyə quruldu.

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər 58 331 95,67 %
ruslar 1 379 2,26 %
balkarlar 913 1,50 %
digərləri 287 0,47 %
milliyyətini bildirməyənlər 60 0,10 %
ümumi 60 970 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 6 835 6 832 13 667 22,42 %
15 — 59 yaş 19 706 20 400 40 106 65,78 %
60 yaşdan yuxarı 2 706 4 491 7 197 11,80 %
ümumi 29 247 31 723 60 970 100,0 %

Kişilər — 29 247 nəf. (48,0 %). Qadınlar — 31 723 nəf. (52,0 %).

Əhalinin orta yaşı — 33,0 yaş. Kişilərin orta yaşı — 31,8 yaş. Qadınların orta yaşı — 34,0 yaş.

  1. http://ba.adm-kbr.ru/index.php/dokumenty/16-dokumenty/269-2.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. Официальный сайт Баксанского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
  5. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  6. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.