Lars Ştindl
Lars Ştindl | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Lars Stindl | ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Lars Edi Ştindl[1] | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Speyer, Almaniya | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Almaniya | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 73 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Klub | Borussiya M. | |||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 13 | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lars Ştindl (26 avqust 1988-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Klub karyerası
Ştindl Almaniyanın Speyer şəhərində anadan olmuşdur. O, futbolçu karyerasına Viesental klubunun gənclər komandasında başlamışdır. 2000-ci ilin yayında Karlsruher klubunun akademiyasına qəbul olmuşdur. Ştindl peşəkar karyerasına Karlsruher klubunda start vermişdir. O, Bundesliqada ilk oyununa 15 mart 2008-ci ildə çıxmışdır.[2] O, Ayntraxt Frankfurt klubuna qarşı oyunda 81-ci dəqiqədə meydana daxil olmuşdur. Ştindl Bundesliqada ilk qolunu 29 noyabr 2008-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuşdur. 2010-cu ilin fevral ayında Ştindl Karlsruher klubunu tərk etmişdir. 16 mart 2010-cu ildə o, Hannover 96 klubu ilə müqavilə imzalamışdır.[3]
25 mart 2015-ci ildə Ştindl Borussiya Münhenqladbax klubu ilə müqavilə imzalamış və 2015-16 mövsümündən bu klubda çıxış etməyə başlamışdır.[4]
O, klub ilə debütünü 8 avqust 2015-ci ildə 2015-16 Almaniya Kubokunun birinci turunda Sankt-Pauli klubuna qarşı oyunda etmiş və qolla yadda qalmışdır. Həmin görüşdə klub rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.[5]
Klubun keçmiş kapitanı Martin Stranzl karyerasını başa vurduğu üçün, vitse-kapitan Qranit Caka isə Arsenala tranfer olduğu üçün Ştindl 1 avqust 2016-cı ildə klubun kapitanı təyin edilmişdir.[6]
23 fevral 2017-ci ildə Ştindl UEFA Avropa Liqasının 1/8 final mərhələsində Fiorentina klubuna qarşı oyunda het-triklə yadda qalmışdır. Artemio Françi stadionunda keçirilən görüşdə Borussiya 3-0 hesabı ilə qalib gəlmişdir.[7]
Milli karyerası
Gənclər
Ştindl bir müddət Almaniya U-20 millisində çıxış etmiş, Almaniya U-21 millisi ilə isə bir oyuna çıxmışdır.[8]
Əsas milli
Ştindl əsas milli komandaya 2017-ci ildə çağırılmışdır. O, 6 iyun 2017-ci ildə Danimarka millisi ilə yoldaşlıq oyununda, 10 iyun 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində San-Marino millisi ilə oyunda və 17 iyun və 2 iyul 2017-ci il tarixləri aralığında 2017 FİFA Konfederasiyalar Kubokunda iştirak etmişdir.[9]
Ştindl milli komanda ilə debütünü 6 iyun 2017-ci ildə Danimarka millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.[10]
Ştindl 2017 FİFA Konfederasiyalar Kubokunun ilk oyununda Avstraliya millisi ilə oyunda 5-ci dəqiqədə qolla yadda qalmışdır.[11]
Karyera statistikası
Klub
- 21 May 2017 tarixində yenilənib
Klub | Mövsüm | Liqa | Kubok1 | Kontinental2 | Ümumi | Ref. | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Karlsruhe II | 2006–07 | Regionalliqa Süd | 12 | 2 | — | — | 12 | 2 | [12] | ||
2007–08 | 26 | 4 | 26 | 4 | [13] | ||||||
2008–09 | 10 | 5 | 10 | 5 | [13] | ||||||
2009–10 | 1 | 0 | 1 | 0 | [13] | ||||||
Ümumi | 49 | 11 | 49 | 11 | — | ||||||
Karlsruhe | 2007–08 | Bundesliqa | 2 | 0 | 0 | 0 | 2 | 0 | [13] | ||
2008–09 | 21 | 4 | 1 | 0 | 22 | 4 | [13] | ||||
2009–10 | 2. Bundesliqa | 33 | 9 | 2 | 0 | 35 | 9 | [13] | |||
Ümumi | 56 | 13 | 3 | 0 | 59 | 13 | — | ||||
Hannover | 2010–11 | Bundesliqa | 33 | 2 | 1 | 0 | 34 | 2 | [14] | ||
2011–12 | 28 | 2 | 2 | 2 | 13 | 2 | 43 | 6 | [15] | ||
2012–13 | 18 | 2 | 2 | 0 | 9 | 2 | 29 | 4 | [16] | ||
2013–14 | 31 | 3 | 2 | 0 | — | 33 | 3 | [17] | |||
2014–15 | 21 | 10 | 1 | 1 | 22 | 11 | [18] | ||||
Ümumi | 131 | 19 | 8 | 3 | 22 | 4 | 161 | 26 | — | ||
Borussiya Münhenqladbax | 2015–16 | Bundesliqa | 30 | 7 | 3 | 4 | 6 | 3 | 39 | 14 | [19] |
2016–17 | 30 | 11 | 3 | 2 | 10 | 5 | 43 | 18 | [20] | ||
Ümumi | 60 | 18 | 6 | 6 | 16 | 8 | 82 | 32 | — | ||
Ümumi karyera | 293 | 61 | 17 | 9 | 38 | 12 | 348 | 88 | — |
- 1.^ Almaniya Kuboku görüşləri daxildir.
- 2.^ UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası görüşləri daxildir.
Milli komanda
- 19 İyun 2017 tarixində yenilənib
Milli komanda | İl | App. | Qol | Ref. |
---|---|---|---|---|
Almaniya | ||||
2017 | 4 | 2 | ||
Ümumi | 4 | 2 |
Milli komanda qolları
- 19 İyun 2017 tarixində yenilənib (Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.)
# | Tarix | Məkan | Rəqib | Hesab | Nəticə | Turnir |
---|---|---|---|---|---|---|
1. | 19 İyun 2017 | Fişt Olimpiya stadionu, Soçi, Rusiya | Avstraliya | 2017 FİFA Konfederasiyalar Kuboku | ||
2. | 22 İyun 2017 | Kazan Arena, Kazan, Rusiya | Çili | 2017 FİFA Konfederasiyalar Kuboku |
İstinadlar
- ↑ http://resources.fifa.com/mm/document/tournament/competition/02/89/33/90/finallistsfcc-08.06.2017_neutral.pdf[ölü keçid]
- ↑ "Lars Stindl verlässt KSC zum Saisonende". ksc.de (alman). 2010-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
- ↑ "Stindl verstärkt Hannover" (German). DFL. 16 March 2010. 22 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 March 2010.
- ↑ "Lars Stindl wechselt nach Gladbach" (German). DFL. 25 March 2015. 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2015.
- ↑ "Stindl leitet Gladbacher Wende ein" [Stindl starts Gladbach's turnaround]. kicker.de (alman). 10 August 2015. 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
- ↑ "Stindl neuer Fohlen-Kapitän - "Spricht Probleme offen an"" [Stindl new colt's captain - "talks openly about problems"]. kicker.de (alman). 1 August 2016. 14 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
- ↑ "Europa League: Lars Stindl hat trick inspires Mönchengladbach to rousing victory". Deutsche Welle. 24 February 2017. 28 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
- ↑ "Stindl-Wechsel nun offiziell". kicker.de (alman). 16 March 2010. 16 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
- ↑ "Leipzig's Demme, Hoffenheim's Demirbay and Wagner, Hertha's Plattenhardt and Gladbach's Stindl all included in Germany squad for Confederations Cup". bundesliga.com. 17 May 2017. 16 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
- ↑ "Stindl Germany debut". ESPN FC. 6 June 2017. 31 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
- ↑ "Stindl Germany debut goal". The Guardian. 19 June 2017. 28 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2017.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ 1 2 3 4 5 6 "Lars Stindl » Club matches". World Football. 28 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 23 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Lars Stindl". kicker.de (German). kicker. 26 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.