Lars Ştindl (26 avqust 1988-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Lars Ştindl | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Lars Stindl | ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Lars Edi Ştindl[1] | |||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Speyer, Almaniya | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Almaniya | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 73 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Klub | Borussiya M. | |||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 13 | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ştindl Almaniyanın Speyer şəhərində anadan olmuşdur. O, futbolçu karyerasına Viesental klubunun gənclər komandasında başlamışdır. 2000-ci ilin yayında Karlsruher klubunun akademiyasına qəbul olmuşdur. Ştindl peşəkar karyerasına Karlsruher klubunda start vermişdir. O, Bundesliqada ilk oyununa 15 mart 2008-ci ildə çıxmışdır.[2] O, Ayntraxt Frankfurt klubuna qarşı oyunda 81-ci dəqiqədə meydana daxil olmuşdur. Ştindl Bundesliqada ilk qolunu 29 noyabr 2008-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuşdur. 2010-cu ilin fevral ayında Ştindl Karlsruher klubunu tərk etmişdir. 16 mart 2010-cu ildə o, Hannover 96 klubu ilə müqavilə imzalamışdır.[3]
25 mart 2015-ci ildə Ştindl Borussiya Münhenqladbax klubu ilə müqavilə imzalamış və 2015-16 mövsümündən bu klubda çıxış etməyə başlamışdır.[4]
O, klub ilə debütünü 8 avqust 2015-ci ildə 2015-16 Almaniya Kubokunun birinci turunda Sankt-Pauli klubuna qarşı oyunda etmiş və qolla yadda qalmışdır. Həmin görüşdə klub rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.[5]
Klubun keçmiş kapitanı Martin Stranzl karyerasını başa vurduğu üçün, vitse-kapitan Qranit Caka isə Arsenala tranfer olduğu üçün Ştindl 1 avqust 2016-cı ildə klubun kapitanı təyin edilmişdir.[6]
23 fevral 2017-ci ildə Ştindl UEFA Avropa Liqasının 1/8 final mərhələsində Fiorentina klubuna qarşı oyunda het-triklə yadda qalmışdır. Artemio Françi stadionunda keçirilən görüşdə Borussiya 3-0 hesabı ilə qalib gəlmişdir.[7]
Ştindl bir müddət Almaniya U-20 millisində çıxış etmiş, Almaniya U-21 millisi ilə isə bir oyuna çıxmışdır.[8]
Ştindl əsas milli komandaya 2017-ci ildə çağırılmışdır. O, 6 iyun 2017-ci ildə Danimarka millisi ilə yoldaşlıq oyununda, 10 iyun 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində San-Marino millisi ilə oyunda və 17 iyun və 2 iyul 2017-ci il tarixləri aralığında 2017 FİFA Konfederasiyalar Kubokunda iştirak etmişdir.[9]
Ştindl milli komanda ilə debütünü 6 iyun 2017-ci ildə Danimarka millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.[10]
Ştindl 2017 FİFA Konfederasiyalar Kubokunun ilk oyununda Avstraliya millisi ilə oyunda 5-ci dəqiqədə qolla yadda qalmışdır.[11]
Klub | Mövsüm | Liqa | Kubok1 | Kontinental2 | Ümumi | Ref. | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Karlsruhe II | 2006–07 | Regionalliqa Süd | 12 | 2 | — | — | 12 | 2 | [12] | ||
2007–08 | 26 | 4 | 26 | 4 | [13] | ||||||
2008–09 | 10 | 5 | 10 | 5 | [13] | ||||||
2009–10 | 1 | 0 | 1 | 0 | [13] | ||||||
Ümumi | 49 | 11 | 49 | 11 | — | ||||||
Karlsruhe | 2007–08 | Bundesliqa | 2 | 0 | 0 | 0 | 2 | 0 | [13] | ||
2008–09 | 21 | 4 | 1 | 0 | 22 | 4 | [13] | ||||
2009–10 | 2. Bundesliqa | 33 | 9 | 2 | 0 | 35 | 9 | [13] | |||
Ümumi | 56 | 13 | 3 | 0 | 59 | 13 | — | ||||
Hannover | 2010–11 | Bundesliqa | 33 | 2 | 1 | 0 | 34 | 2 | [14] | ||
2011–12 | 28 | 2 | 2 | 2 | 13 | 2 | 43 | 6 | [15] | ||
2012–13 | 18 | 2 | 2 | 0 | 9 | 2 | 29 | 4 | [16] | ||
2013–14 | 31 | 3 | 2 | 0 | — | 33 | 3 | [17] | |||
2014–15 | 21 | 10 | 1 | 1 | 22 | 11 | [18] | ||||
Ümumi | 131 | 19 | 8 | 3 | 22 | 4 | 161 | 26 | — | ||
Borussiya Münhenqladbax | 2015–16 | Bundesliqa | 30 | 7 | 3 | 4 | 6 | 3 | 39 | 14 | [19] |
2016–17 | 30 | 11 | 3 | 2 | 10 | 5 | 43 | 18 | [20] | ||
Ümumi | 60 | 18 | 6 | 6 | 16 | 8 | 82 | 32 | — | ||
Ümumi karyera | 293 | 61 | 17 | 9 | 38 | 12 | 348 | 88 | — |
Milli komanda | İl | App. | Qol | Ref. |
---|---|---|---|---|
Almaniya | ||||
2017 | 4 | 2 | ||
Ümumi | 4 | 2 |
# | Tarix | Məkan | Rəqib | Hesab | Nəticə | Turnir |
---|---|---|---|---|---|---|
1. | 19 İyun 2017 | Fişt Olimpiya stadionu, Soçi, Rusiya | Avstraliya | 2017 FİFA Konfederasiyalar Kuboku | ||
2. | 22 İyun 2017 | Kazan Arena, Kazan, Rusiya | Çili | 2017 FİFA Konfederasiyalar Kuboku |