Leselidze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Leselidze
gürc. ლესელიძე, abx. Гьачрыҧшь, Гьечрыҧшь,
43°23′14″ şm. e. 40°01′16″ ş. u.
Ölkə  Gürcüstan
Region Abxaziya
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+3:00
Əhalisi
Əhalisi 1.546 nəfər (2011)
Xəritəni göstər/gizlə
Leselidze xəritədə
Leselidze
Leselidze
Leselidze xəritədə
Leselidze
Leselidze
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leselidze (abx. Гьачрыҧшь, Гьечрыҧшь, gürc. ლესელიძე) — Gürcüstanda, Abxaziyanın şimal-qərbində kənd. Kənd Qara dəniz sahilində, Qaqra şəhərinin 14 km-də yerləşir. Kənd daxilində Abxaziya Qyaçrıpş dəmir yol dayanacağı var.

Əhalisi

1959-cu ilin məlumatlarına görə Leselidze kəndində əsasən ruslarestonlar olmaqla 646 nəfər yaşayırdı. Bütövlükdə kənd sovetində 2964 nəfər əhali yaşayırdı ki, əsasən rus-estonlar yaşayan Salme kəndi (1268 nəfər) və gürcülər-estonlar yaşayan Sulevo (1050 nəfər, 1959).[1] 1989-cu ildə Leselidze kəndində 969 nəfər yaşayırdı[2]. Artıq kənddə gürcülər və ermənilər yaşayırdı. 1990-cı illərdə baş verən müharibədən sonra Leselidzedə ermənilər və abxazlar, şimaldakı kəndlərdə isə ermənilər və estonlar üstünlük təşkil etməyə başladı.[3][4] 2011-ci il siyahıya alınmasına əsasən Leselidze kənd yaşayış məntəqəsinin (kənd idarəsinin) əhalisi 1546 nəfər olub, onlardan 980 nəfəri ermənilər (63,4%), 215 nəfəri abxazlar (13,9%), 146 nəfəri ruslar (9,4%) olub. 205 nəfər — digər millətlər (13,3%, o cümlədən estonlar).[5]

Tarixi

1864-cü ilə qədər kəndin yerində məşhur Ciget (Sadz) knyazlığının Geç nəslinin kəndi Geçkuaj yerləşirdi. Əhali Qafqaz müharibəsinin bitməsi və çərkəzlərin Türkiyəyə köçürülməsi ilə kəndi tərk ediblər.

19-cu əsrin sonlarına kimi kənd, 1894-cü ildə bu kəndə gələn Kənd Təsərrüfatı Naziri A.S. Ermolovun şərəfinə Ermolovsk adlandırıldı. Oikonimin Qafqaz müharibəsində baş komandan olmuş məşhur general Yermolovun adı ilə bağlılığı fikri yanılışdır.[6]

1944-cü ildən kəndi Böyük Vətən müharibəsi illərində Qafqazda gedən döyüşlərin iştirakçısı general K.N.Leselidzenin (1903–1944) şərəfinə adlandırılmışdır.

1975-ci ildə K.N.Leselidzenin abidəsi açılışı olmuş. Abidənin müəllifi Silovan Yakimoviç Kakabadzedir. General K.N.Leselidzenin abidəsinin təntənəli açılışı Böyük Qələbənin 30-cu ildönümünün qeyd olunduğu gün — 1975-ci il mayın 9-da baş tutdu.

1992-ci ilin sentyabrında Abxaziyada gedən müharibə zamanı Qaqra şəhəri süqut etdikdən sonra digər gürcü abidələri ilə birlikdə general-polkovnik Konstantin Nikolayeviç Leselidzenin abidəsi də sökülüb. Həmin il Abxaziya Respublikası Ali Sovetinin qərarı ilə Leselidze kəndinin adı dəyişdirilib.[7]

İstinadlar

  1. "Гагрский район 1959 г. Сёла и преобладающая национальности". 2014-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  2. "Перепись населения 1989. Абхазская АССР". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  3. Коряков Ю. Б. Arxivləşdirilib 2012-06-20 at the Wayback Machine Атлас кавказских языков / РАН. Ин-т языкознания. — М. : Пилигрим, 2006. — 76 с. : карты.
  4. "Этноязыковые карты Абхазии в 1989 и 2003 годах. Коряков Ю. Б." 2014-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  5. "Перепись населения Абхазии 2011. Гагрский район". 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  6. [kavkaz_toponyms.academic.ru/1514/%D0%9B%D0%B5%D1%81%D0%B5%D0%BB%D0%B8%D0%B4%D0%B7%D0%B5 Топонимический словарь Кавказа. А. В. Твердый. 2011]
  7. "1.2.ПРИЛОЖЕНИЕ К ПИСЬМУ ПРЕДСТАВИТЕЛЕЙ АБХАЗСКОЙ ИНТЕЛЛИГЕНЦИИ ПРЕЗИДИУМУ XIX ВСЕСОЮЗНОЙ КОНФЕРЕНЦИИ КПСС (1988 г.) [V.L.1]". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.