Leyla Yunus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Leyla Yunus
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1955(1955-12-21) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti insan hüquqları fəalı, siyasətçi, tarixçi
Həyat yoldaşı

Təltifləri "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü.

Həyatı

Leyla Yunus 21 dekabr[1] 1956-cı ildə Bakıda doğulub.[2]

Təhsili

Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb[2].

İctimai-siyasi fəaliyyəti

1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi PartiyasıAzərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır[2].

1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib[2].

Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur[2].

Ailəsi

Evlidir, həyat yoldaşı Arif Yunus tarixçidir.[2]

Dinara Yunusova adında bir qızları var.

Mükafatları və fəxri adları

İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib[2].

İstinadlar

  1. "ЮНУСОВА Лейла". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  2. 1 2 3 4 5 6 7 "Leyla Yunus kimdir?". Azadlıq Radiosu (az.). azadliq.org. 29.04.2013. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-03.

Həmçinin bax