Möhbalı Əmiraslanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Möhbalı Əmiraslanov
bayraq
Azərbaycan SSR yüngül sənaye naziri
bayraq2
1 noyabr 1955 – 27 avqust 1956
Əvvəlkivəzifə təsis edilib
SonrakıDavud Şirinov
bayraq
Azərbaycan SSR çoxişlənən sənaye malları naziri
bayraq2
9 mart 1954 – 29 sentyabr 1955
ƏvvəlkiSadıq Rəhimov
Sonrakıvəzifə ləğv edilib
11 avqust 1953 – 9 mart 1954
ƏvvəlkiTeymur Quliyev
Sonrakıİlyas Abdullayev
bayraq
Azərbaycan SSR xalq toxuculuq sənayesi komissarı
bayraq2
9 sentyabr 1939 – 1941
Əvvəlkivəzifə təsis edilib
SonrakıSadıq Rəhimov
bayraq
Azərbaycan SSR xalq yerli sənaye komissarının müavini
bayraq2
1938 – 1939
Şəxsi məlumatlar
Doğum tarixi 1902
Doğum yeri
Vəfat tarixi 15 may 1984(1984-05-15)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Milli Elm və Texnologiya Universiteti[d]
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Möhbalı Firudin bəy oğlu Əmiraslanov (1902, Balahəsənli, Zəngəzur qəzası15 may 1984, Bakı) — Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı, podpolkovnik.

Həyatı

Möhbalı Firudin bəy oğlu Əmiraslanov 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girir və 1924-cü ildə Bakıya gələrək texnikumun axşam şöbəsinə daxil olur və gündüz taxta zavodunda fəhlə işləyir. 1927-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Moskva Polad İnstitutuna təhsilini davam etdirməyə göndərilir.

1931-ci ildə o, Leninqrada göndərirlir və 1934–1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir. 1939-cu ildə toxuculuq sənayesi naziri təyin edilir və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilir.

1942-ci ildə müharibəyə gedir. Döyüşlərdə iştirak edən M. Əmiraslanov 1944-cü ildə podpolkovnik rütbəsi alır. 1945–1951-ci illərdə Zaqafqaziya sənaye tikinti trestinə rəhbərlik edir. 1951–1954-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin birinci müavini təyin edilir. 1954-cü ildə o, yüngül sənaye naziri təyin edilir. 1956-cı ildə onu Bakı baş tikinti idarəsinə rəis göndərirlər. 1961-ci ilin martında Möhbalı Əmiraslanov Respublika Nazirlər Soveti yanında Dağ-Mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsinin sədri təyin olunur.

O, Azərbaycan SSR Ali Sovetini 2-ci və 3-cü çağrışında deputat seçilmişdir.

İşlədiyi illərdə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1944–1954-cü illərdə Azərbaycan KP MK-nın büro üzvü seçilib. 1981-ci ilin yanvarında təqaüdə çıxmış və 1984-cü il mayın 15-də dünyasını dəyişmiş, Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilmişdir.

İstinadlar