Ənvər Soltan oğlu Məlikov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1978–1982), Azərbaycan SSR Ali Sovetinin IX və X çağırış deputatı.
Ənvər Məlikov | |
---|---|
25 may 1978 – 16 iyun 1982 | |
Əvvəlki | Nəsrulla Nəsrullayev |
Sonrakı | Söhrab İbrahimov |
1977 – 1978 | |
Nazir | Nəsrulla Nəsrullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1937 |
Partiya |
Ənvər Soltan oğlu Məlikov 1937-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Ümumittifaq Toxuculuq və Yüngül Sənaye İnstitutunu bitirmişdir.[1]
1956-cı ildən komvol kombinatı əyirici fabrikinin fəhləsi, növbə ustası, texniki nəzarət şöbəsinin rəisi, mühəndisi, sahə rəisi, fabrikin rəisi, kombinatın baş mühəndisi olmuşdur. Bakı zərif mahud kombinatının, sonra isə komvol kombinatının direktoru, Bakı Komvol-Mahud İstehsalat Birliyinin direktoru vəzifələrində işləmişdir. 1977-ci ildə Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, 1978-ci ildə isə yüngül sənaye naziri təyin edilmişdir.[1]
Ənvər Məlikov 1965-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin IX və X çağırış deputatı olmuşdur.[1]