Nadir Ələkbər oğlu Axundov (1912, Yelizavetpol – 4 aprel 1959) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1955–1959), Azərbaycan SSR xalq yüngül sənaye komissarı (1942–1946) və yüngül sənaye naziri (1946–1947, 1952–1953).
Nadir Axundov | |
---|---|
16 fevral 1955 – 21 yanvar 1959 | |
Əvvəlki | Şəmsəddin Sultanov |
Sonrakı | Ağamirzə Əhmədov |
16 aprel 1952 – 18 aprel 1953 | |
Əvvəlki | Sadıq Rəhimov |
Sonrakı | Nurulla Ağayev (yüngül və yeyinti sənayesi naziri kimi) |
28 mart 1946 – 24 mart 1947 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Nurulla Ağayev |
1950 – 1952 | |
Nazir | Əhməd Xəlilov |
1942 – 28 mart 1946 | |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
1941 – 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 1959 |
Partiya |
|
Təhsili |
|
Rütbəsi | kapitan |
|
|
Təltifləri |
Nadir Ələkbər oğlu Axundov 1912-ci ildə Yelizavetpol (Gəncə) şəhərində sənətkar sərrac ailəsində anadan olmuşdur. 6 yaşında anasını, 10 yaşında isə atasını itirmiş, beş il təhsil ala bilmişdir. 14 yaşında işləməyə başlamış, bağban yanında üç il muzdur-şagird olmuşdur. 1927-ci ildə komsomol təşkilatına daxil olmuşdur.[1]
Nadir Axundov təhsilini davam etdirmək və su təsərrüfatı sahəsi üzrə ixtisasa yiyələnmək üçün Bakıya gələrək Ağamalıoğlu adına texnikumda iki il təhsil alsa da, ağır xəstəlik səbəbindən təhsilini yenidən yarımçıq qoymağa məcbur olmuşdur. 1933-cü ilin mart ayında o, Azərbaycan SSR Xalq Yüngün Sənaye Komissarlığının Bakıdakı 3 nömrəli gön-dəri zavodunda fəhləliyə başlamış, il yarımdan sonra isə Moskva Dəri Ayaqqabı Texnikumunda oxumağa göndərilmiş, buranı 1937-ci ildə əla qiymətlərlə bitirmişdir. Bakıya qayıtdıqdan sonra yenidən 3 nömrəli gön-dəri zavodunda çalışmış, zavodun baş texnoloqu olmuşdur.[1] Sonralar isə Bakıda 2 nömrəli gön-dəri zavodunun baş mühəndisi və 2 nömrəli ayaqqabı fabrikinin direktoru olmuşdur.[2]
1941-ci ildə Azərbaycanın rəhbər təsərrüfat işlərinə irəli çəkilən Nadir Axundov Azərbaycan SSR xalq yüngül sənaye komissarının müavini vəzifəsində çalışmışdır. 1942-ci ildə müharibəyə yollanmış, piyada polkunun batalyon komissarı olmuşdur. Döyüşlərdə yaralanaraq ordudan tərxis edilmiş, Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR xalq yüngül sənaye komissarı vəzifəsinə irəli çəkilmişdir.[1][2]
Nadir Axundov 1949-cu ildə ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini[rus.] bitirmişdir. 1950-ci ildə yüngül sənaye, toxuculuq sənayesi və yeyinti sənayesi nazirliklərinin birləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR pambıqçılıq nazirinin birinci müavini təyin edilmişdir. 1952-ci ildən o, yüngül sənaye naziri, 1955-ci ilin fevral ayından 1959-cu ilin yanvar ayınadək isə Azərbaycan SSR ticarət naziri vəzifələrində işləmişdir.[2]
Nadir Axundov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1946-cı ildə SSRİ Ali Sovetinin 2-ci çağırış deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur. "Lenin" və "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilmişdir.[2]
Nadir Axundov uzun sürət xəstəlikdən sonra 4 aprel 1959-cu ildə 47 yaşında vəfat etmişdir.[2]