Söhrab İbrahimov

Söhrab Mirqəzənfər oğlu İbrahimov (1943, Dəvəçi rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1982–1989), Azərbaycan SSR Ali Sovetinin XXI çağırış deputatı.

Söhrab İbrahimov
bayraq
Azərbaycan SSR yüngül sənaye naziri
bayraq2
16 iyun 1982 – 19 iyun 1989
ƏvvəlkiƏnvər Məlikov
SonrakıƏhməd Mustafayev
bayraq
Azərbaycan SSR yüngül sənaye nazirinin müavini
bayraq2
1977 – 1979
ƏvvəlkiNəsrulla Nəsrullayev
Ənvər Məlikov
Şəxsi məlumatlar
Doğum tarixi 1943
Doğum yeri
Partiya

Təltifləri "Şərəf nişanı" ordeni

Söhrab Mirqəzənfər oğlu İbrahimov 1943-cü ildə Dəvəçi rayonunda anadan olmuşdur. 1961-ci ildə orta məktəbi, ardınca 11№-li Şəhər Texniki Peşə Məktəbinin elektrik çilingərliyi kursunu bitirmişdir.[1]

1959-cu ildən sovxozlar trestində fəhlə, cihazçı, çilingər işləmişdir. 1968-ci ildən 5 nömrəli Bakı ayaqqabı fabrikində fəhlə, dispetçer, sex rəisi olmuşdur. 1972-ci ildən fabrikin direktor müavini, 1973-cü ildən isə direktoru, 2 nömrəli ayaqqabı fabriki direktorunun müavini vəzifələrində çalışmışdır. İstehsalatdan ayrılmadan Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 1977-ci ildən Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, 1979-cu ildən Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin Yüngül sənaye və yeyinti məhsulları sənayesi şöbəsinin müdiri olmuş, 1982-ci ildən Azərbaycan SSR yüngül sənaye naziri vəzifəsində çalışmışdır. Sonralar isə SSRİ-nin Türkiyə Cümhuriyyətindəki Baş konsulu olmuşdur.[1][2]

Söhrab İbrahimov 1971-ci ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XXI çağırış deputatı[2] və Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.[1]

  1. 1 2 3 İbrahimov Söhrab Mirqəzənfər oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 397.
  2. 1 2 Ибраһимов Сөһраб Миргәзәнфәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 184.