Məmməd Sadıqov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məmməd Sadıqov
Doğum adı Sadıxov, Sadıqzadə
Doğum tarixi 2 may 1913(1913-05-02)
Doğum yeri
Vəfat tarixi 28 may 1987(1987-05-28) (74 yaşında)
Vəfat yeri
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1931–1987
Teatr Bakı Türk İşçi Teatrı;
Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Əməkdə fərqlənməyə görə" medalı — 1959

Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı

Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır.[1] Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur.[2] Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir.

20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Mükafatları

Teatr səhnəsindəki rolları

Filmoqrafiya

İstinadlar

  1. 1 2 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II. 2017. səh. 291.
  2. Məmməd Sadıqov. Azərbaycan Teatr Cəmiyyəti. Bakı: İşıq. 1974. səh. 3. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.

Xarici keçidlər