Mamiya Rinzo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mamiya Rinzo
yap. 間宮林蔵
Doğum tarixi 1780[1][2]
Vəfat tarixi 13 aprel 1844(1844-04-13)
Vəfat yeri
Vəfat səbəbi sifilis
Fəaliyyəti tədqiqatçı-səyyah[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mamiya Rinzo (間宮 林蔵?, 1780[1][2]13 aprel 1844, Edo[d])Yaponiya səyyahı və tədqiqatçısı.[3] Saxalin adasının boğaz vasitəsilə materikdən ayrıldığını kəşf etmiş, Amur çayı boyunca səyahət edən ilk yapon olmuşdur.[3] Avrasiya materikini Saxalin adasından ayıran Tatar boğazı Yaponiyada onun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo?) adlandırılır.[3]

Həyatı

Mamiyanın SaxalinAşağı Amur xəritəsi (1810).

1780-ci ildə Hitaçidə yaşayan bir çəllək ustasının oğlu kimi doğulmuşdur.[3] Çoğrafiyaşünas İno Tadatakanın müşayiəti altında kartoqrafiyanı öyrənmişdir.[3] 1800-cü ildən etibarən Ezo adasında və Cənubi Kuril adalarında şoqun administrasiyası üçün tədqiqatçı kimi işləməyə başlamışdır.[3] 1807-ci ildə rusların Etorofu adasına etdikləri basqında ruslara qarşı döyüşmüş və yaralanmışdır.[3] Saxalin adasını öyrənməklə vəzifləndirilən Rinzo 1808-ci ildə Matsuda Dencuro ilə birlikdə adanın cənub hissəsini tədqiq etmişdir.[3] Növbəti il təkbaşına adanın qərb hissəsinə səyahət etmiş, Saxalin adasının boğaz vasitəsilə Avrasiya materikindən ayrıldığını kəşf etmişdir.[3] Həmin dövrdə Yaponiya və Qərb dünyasında Saxalin adasının materikə bitişik olduğu düşünülürdü.[3]

Rinzo geri qayıtmayaraq Saxalin adasından materikə səyahət etmiş və Amur çayı boyunca irəliləyərək Deren ticarət postunda Mancuriya rəsmiləri ilə görüşmüşdür.[4] Rinzo səyahətlərində öyrəndiklərini "Saxalinin illüstrasiyalı hesabatı""Tartariya səyahətləri" əsərlərində bölüşmüşdür.[4]

Rinzo Yaponiyaya qayıtdıqdan sonra şoqunluq üçün casusluq və xəbərçilik etməyə başlamışdır.[4] Edoya səyahət etmiş alman təbiətşünas Filip Frans fon Zibold ilə gizlicə bəzi xəritələri mübadilə edən kartoqraf Takahaşi Kaqeyasunun 1828-ci ildə həbs olunmasında Rinzonun əli olduğu düşünülür.[4] Bir çox keçmiş həmkarı Rinzo ilə əlaqələri kəsmiş və o, son illərini tək keçirmişdir.[4] Zibold Avropaya qayıtdıqdan sonra Mamiyanın kəşflərini Qərb dünyasında ictimailəşdirmişdir.[4]

Həmçinin bax

İstinadlar

  1. 1 2 Swartz A. Rinzō Mamiya // Open Library (ing.). 2007.
  2. 1 2 Rinzō Mamiya // Faceted Application of Subject Terminology.
  3. 1 2 3 4 5 6 7 8 9 10 Kodansha Encyclopedia of Japan. səh. 88
  4. 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan. səh. 89

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild. Tokio: Kodansha. 1983. ISBN 0-87011-625-8. İstifadə tarixi: 2022.