Manaslu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Manaslu
nep. मनास्लु
Manaslu gün doğarkən. Əsas zirvə - solda
Manaslu gün doğarkən. Əsas zirvə - solda
Ümumi məlumatlar
Dağ sistemi Himalay
Dağ silsiləsi Manaslu
Mütləq hündürlüyü 8156[1]
Nisbi hündürlüyü 3092 m
İlk fəthi 9 may 1956-cı il, (Tosio İmanisiGyalzen Norbu.)
Yerləşməsi
28°33′00″ şm. e. 84°33′35″ ş. u.
Ölkə  Nepal
Manaslu xəritədə
Manaslu
Manaslu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manaslu (və ya Kutang) — Himalayda dağ. Əsas zirvəsi Manaslu (8156 m) — dünyanın ən hündür səkkizinci zirvəsi[2]. Manaslu Manaslu-Himal (Mansiri-Himal kimi də adlandırırlar) dağ massivinə aiddir. Zirvə Nepalın mərkəzində, Çin sərhəddinin yaxınlığında yerləşir.

Coğrafiyası

Manaslu üç zirvədən ibarətdir[3]:

Zirvə Hündürlük,

m

Koordinat
Manaslu 8156 28°33′00″ şm. e. 84°33′35″ ş. u.
Şərqi Manaslu 7992 28°33′ şm. e. 84°34′ ş. u.
Şimali Manaslu 6994 28°35′ şm. e. 84°33′ ş. u.

Etimologiyası

Sanskrit dilində Manaslu «Ruhlar dağ»ı mənası verir. Manasa — ruh, qəlb deməkdir.

Fəth olunma tarixi

Hal-hazırda (2015) Manaslu zirvəsinə 10 fərqli marşrut mövcuddur.[4]

1950-cı ildə Tilman dağın şimal-şərq yamacı boyu tədqiqat işləri aparmış və mümükün dırmanma yolunu göstərmişdir. 1952-ci ildə yaponlar zirvənin 5275 metr hündürlüyünə yetişmiş. Daha sonra növbəti yapononlardan təşkil olunmuş 15 alpinist və onlardan üçü 7750 metrlik hüdürlüyə qalxa bilmişlər. 1956-cı il də ilk dəfə olaraq yapon Tosio İmanisi və şerp Gyalzen Norbu Manaslu zirvəsini fəth etdilər.

1971-ci ilin 4 mayında koreyalı Kim Xo-Supa dırmanış zamanı həlak oldu. 1972-ci ildə isə 16 nəfərlik koreya ekspedisiyası (10 nəfər şerp və 1 yapon) qar uçqunu nəticəsində həlak oldular. 1984-cü ilin 12 yanvarında ilk dəfə olaraq polşalı alpinistlər Rışard Qaevski və Maçey Berbeka zirvəni qış ayında fəth etdilər.

1993-cü ildə Kamçatkadan olan rus alpinistlər: İqor Ximilyar ( 7300 m) və Sergey Yadrışnikov (6500 m) hündürlükdə həlak oldular. 2006-cı ildə avstraliyalı alpinist Syu Fia zirvədən enərkən yarağana düşərək həlak oldu. 2012-ci ilin 23 sentyabrında Manaslu yamaclarında meydana gələn qar uçqunu 12 alpinistin həyatına son qoydu. Nepal Alpinizm Cəmiyyətinin verdiyi məlumata görə həlak olanlardan 9 nəfərin cəsədi tapılmış, 3 nəfər isə itkin düşmüş elan edilmiş.[5]

2014-cü ilin sentyabrında polşalı alpinist Andjey Barqel rekord nəticə göstərmiş. O baza düşərgədən (4800 m) zirvəyə (8156 m) standart marşrutla 14 saat 5 dəqiqəyə yetişmiş. Zirvədən enərkən o növbəti rekordu həyata keçirmiş: 21 saat 14 dəqiqə[6].

2015-ci ilin 1 oktyabrnda 18 yaşlı yapon alpinist qadın Marin Minimaya zirvəyə dırmanaraq səkkizminliklərdə olan ən gənc qadın kimi tarixə düşdü. Marin 21 yaşlı ingilis Bonitı Norrisin nəticəsini dəyişdi[7]. 2017-ci ilin 28 sentyabrında Vitali Lazo və Anton Puqovkin oksigensiz dırmanmanı həyata keçirdilər və zirvədən enərkən dağ xizəyindən istifadə etdilər.

2008-ci ilin məlumatına görə Manasluda alpinistlərin ölüm əmsalı 17,8 %-dir[8].

İstinadlar

  1. "Manaslu". www.peakware.com. 2012-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2005-11-03.
  2. "Manaslu". www.summitpost.org. 2012-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-27.
  3. "Manaslu". www.peakbagger.com. 2012-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
  4. "Манаслу. Все маршруты восхождения на восьмой по высоте восьмитысячник мира - 4sport.ua". 4sport.ua. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-18.
  5. "Трагедия на Манаслу: лавина унесла жизни 11-и альпинистов". 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  6. "Польский альпинист Анджей Баргель устанавливает рекорд восхождения на восьмитысячник Манаслу! - 4sport.ua". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-29.
  7. "18-летняя японская альпинистка Марин Минамия установила рекорд на восьмитысянике Манаслу - 4sport.ua". 4sport.ua. 2016-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-18.
  8. "ALL 8000ers — ASCENTS vs FATALITIES". 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-22.