Şişabanqma, «Şişa Panqma»[2][3]; çin. 希夏邦马峰) — mərkəzi Himalaydakı zirvə. Şişabanqma dünyada on dördüncü və ən kiçik səkkiz minlik zirvədir (8027 m).
Şişabanqma | |
---|---|
çin. 希夏幫馬峰 | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Himalay |
Mütləq hündürlüyü | 8027[1] |
Nisbi hündürlüyü | 2897 m |
İlk fəthi | 2 may 1964 |
Yerləşməsi | |
28°21′08″ şm. e. 85°46′47″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şişabanqma dağ silsiləsi Himalayada yerləşir və Çinin Tibet Muxtar Vilayətində, Nepalla sərhəddən bir neçə kilometr şimalda yerləşir. Lanqtanq dağ silsiləsinə daxildir. Üç zirvədən ibarət olsa da iki zirvəsi 8000 m-dən çoxdur:
№ | Zirvə | Yüksəklik, m |
Koordinatlar [1] |
---|---|---|---|
1 | Əsas Şişabanqma | 8027 | 28°21’17 ş.e.; 85°46’39 ş.u. |
2 | Mərkəzi Şişabanqma | 8008 | 28°21’ş.e.; 85°47' ş.u. |
3 | Molamenkinq | 7703 | 28°21’19 ş.e.; 85°48’34 ş.u. |
Şişabanqma Çinin Mərkəzi Tibetdə yerləşdiyindən, dünyanın ilk səkkiz minlik sonuncusu zirvəsi olaraq başda Syo Szin (çin. 许竞, Xǔ Jìng) olmaqla, 2 may 1964-cü ildə Çin ekspedisiyası tərəfindən fəth edildi.
14 yanvar 2005-ci ildə polyak Pyotr Moravski və italyan Simone Moro ilk qış yüksəlişini edir.
Təxminən 50 il ərzində bu zirvəyə qalxmaq istəyərkən 21 nəfər həlak olmuşdur. Baxmayaraq ki, zirvəyə gedən yol səkkiz minlik marşrutlar arasında ən asanı hesab olunur.