Səkkizminliklər — Yer planetində yerləşən və hündürlüyü dəniz səviyyəsindən 8000 metrdən çox yüksəklikdə olan 14 dağ zirvəsi. Bütün səkkizminlik dağlar Asiyada Himalay və Karakorum dağ silsilələrində yerləşir. Bu zirvələrin hər biri ölüm zonasında yerləşir.
İlk dəfə səkkizminlik zirvəni Pakistanın Nanqa Parbat dağında Albert Mameri[ing.] və Norman Koli[ing.] 1895-ci ildə fəth etməyə cəhd edib. Ancaq bu cəhd qar uçqunu nəticəsində Mammeri və Raghobir Thampa və Goman Singh adlı iki Gurkha[ing.]nın ölümü ilə nəticələndi və zirvə fəth edilə bilmədi.
İlk dəfə olaraq uğurlu birinci səkkizminliyi fəth etmə cəhdi Moris Ersoq və Lui Laşenalın 3 iyun 1950-ci ildə Annapurna zirvəsinin fəth etməsi oldu.
Hündürlüyü 8000 metrdən çox olan 14 zirvənin hamısını fəth etmiş birinci şəxs Raynhold Messner olub. O bu tapşırığın öhdəsindən 16 oktyabr 1986-cı ildə gəldi. 1 il sonra 1987-ci ildə Eji Kukuçka 14 hündürlüyü 8000 metrdən çox olan bütün zirvələri fəth edən ikinci şəxs oldu. Messner 14 zirvənin hər birini oksigen balonu olmadan fəth edib. Bu nailiyyət 9 il sonra 1995-ci ildə Erhard Loretan tərəfindən təkrarlandı. Nepallı Furba Taşi 1998–2011-ci illər arasında səkkizminlik zirvələri ən çox fəth etmiş şəxs kimi tarixə düşüb.[1] O bu tapşırığın öhdəsindən 30 dəfə gəlib. Xuanito Oiarzabal 1985–2011-ci illərdə 8000 metrdən hündür zirvələri 25 defə fəth etməklə Furba Taşidən sonra ikinci yerdədir.[2]
14 hündürlüyü səkkizmindən yüksək olan zirvələri fəth etmiş alpinstlərin çoxu İtaliya, Cənubi Koreya (5 alpinst) və İspaniyadandır (4 alpinst). Qazaxıstan və Polşadan isə Himalay zirvəsini fəth etmiş 3 alpinst var. Bütün 14 səkkizminlik zirvələrin hamısını fəth etmiş ilk qadın isə Cənubi Koreyadan olan O In Sondur. O bu nailiyyətini 27 aprel 2010-cu ildə Annapurna zirvəsini fəth etməklə qazanıb.[3] Ancaq onun Kançencaqra zirvəsini fəth etməsi iddiası bir çox ekspertlər tərəfindən şübhə ilə qarşılanıb. O In Sun sonralar qəbul etdi ki, o Kançencaqra zirvəsinin bir neçə metr aşağısında dayanıb. Ona görə də, Koreya Alpinst Federasiyası O In Sunun bu zirvəni fəth etmədiyi haqqında qərar çıxarıb.[4] Bundan sonra məşhur alpinizm saytı ExplorersWeb bütün 14 zirvəni fəth etmiş ilk qadın kimi Edurne Pasaban[ing.]ı hesab edib.[5]
2011-ci ilin avqustunda Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.[6][7]
Zirvə | Hündürlük [8] |
Yer [8] |
İlk yürüş [8] |
İlk fəth edən(lər) [8] |
Qışda ilk yürüş | Qışda ilk fəth edən(lər) | Yürüşlər [9] |
Ölümlər [9] |
Ölüm dərəcəsi [9] |
1990-cı ildən ölüm dərəcəsi[10] |
1990–2003-cü illərdə ölüm dərəcəsi [10] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Everest | 8848 m | Nepal/ Çin |
29 may 1953 | Edmund Hillari Tensinq Norgey |
17 Fev 1980 |
Kşiştof Veliçki Leşek Cichi |
5656 | 223 | 3.9% | 37% | 4.4% |
K2 | 8611 m | Pakistan/ Çin[11]/ |
31 iyul 1954 | Akille Kompanoni Lino Laçedelli |
306 | 81 | 26.5% | 41% | 19.7% | ||
Kançencaqra | 8586 m | Nepal/ Hindistan |
25 may 1955 | Corc Band Co Braun |
11 Yan 1986 | Kşiştof Veliçki Eji Kukuçka |
283 | 40 | 14.1% | 21% | 22% |
Lhotze | 8516 m | Nepal/ Çin |
18 may 1956 | Frits Luçsinger Ernst Rayss |
31 Dek 1988 | Kşiştof Veliçki | 461 | 13 | 2.8% | 14% | 2% |
Makalu | 8485 m | Nepal/ Çin |
15 may 1955 | Jan Couzi Lionel Terray |
09 Fev 2009 | Simone Moro Denis Urubko |
361 | 31 | 8.6% | 16% | 8.5% |
Ço-Oyu | 8201 m | Nepal/ Çin |
19 Okt 1954 | Cozef Joçler Pasanq Dava Lama Herbert Tiçi |
12 Fev 1985 | Masey Berbeka Masey Pavlikovski |
3138 | 44 | 1.4% | ||
Dhaulagiri | 8167 m | Nepal | 13 may 1960 | Kurt Diemberger Peter Diener Navang Dorje Nima Dorje Ernst Forrer Albin Sçelbert |
21 Yan 1985 | Andjey Çok Eji Kukuçka |
448 | 69 | 15.4% | 31% | 11% |
Manaslu | 8163 m | Nepal | 9 may 1956 | Toşio İmanişi Gyalzen Norbu |
12 Yan 1984 | Masey Berbeka Rişard Gajevski |
661 | 65 | 9.8% | 35.16% | 13.42% |
Nanga Parbat | 8126 m | Pakistan | 3 iyul 1953 | Hermann Bul | 335 | 68 | 20.30% | 77% | 5.5% | ||
Annapurna I | 8091 m | Nepal | 3 iyun 1950 | Moris Ersoq Lui Laşenal |
3 Fev 1987 | Eji Kukuçka Artur Hajzer |
191 | 61 | 32% | 66% | 19.7% |
Gaşerbrum I | 8080 m | Pakistan/ Çin |
5 iyul 1958 | Endryu Kaufman Pet Şeninq |
9 mart 2012 | Adam Beletskiy Yanuş Golab |
334 | 29 | 8.7% | 15.5% | 8.75% |
Broud-Pik | 8051 m | Pakistan/ Çin |
09 iyun 1957 | Frits Vintersteller Markus Sçmuck Kurt Dimberger Hermann Bul |
5 mart 2013 | Masey Berbeka Adam Beletskiy Tomaş Kovalski Artur Malek |
404 | 21 | 5.2% | 5% | 8.6% |
Gaşerbrum II | 8035 m | Pakistan/ Çin |
7 iyul 1956 | Frits Moravek Yosef Larch Hans Villenpart |
2 Fev 2011 | Simone Moro Denis Urubko Kori Riçards |
930 | 21 | 2.3% | 7.8% | 0.44% |
Şişabanqma | 8027 m | Çin | 2 may 1964 | Syuy Tszin Çan Çun-yen Van Fuçjou Çen San Çen Tyan-lyan Vu Tsunq-yue Sodnam Doji Miqmar Traşi Doji Yonten |
14 Yan 2005 | Petr Moravski Simone Moro |
302 | 25 | 8.3% | 2% | 16.8% |
Siyahıdakı insanların hər biri 14 zirvənin hamısını O2 balonu olmadan fəth ediblər.
Ardıcıllıq | O2 balonu istifadə etmədən (ardıcıllıqla) | Adı | Tarix | Doğum | Yaş | Milliyyət |
---|---|---|---|---|---|---|
1 | 1 | Raynhold Messner | 1970–1986 | 1944 | 42 | İtaliyalı |
2 | Eji Kukuçka | 1979–1987 (həlak olub) | 1948 | 39 | Polşalı | |
3 | 2 | Erhard Loretan | 1982–1995 (həlak olub) | 1959 | 36 | İsveçrəli |
4 | [13] | Karlos Karsolio | 1985–1996 | 1962 | 33 | Meksikalı |
5 | Kşiştof Veliçki | 1980–1996 | 1950 | 46 | Polşalı | |
6 | 3 | Xuanito Oiarzabal | 1985–1999 | 1956 | 43 | İspaniyalı |
7 | Serxio Martini | 1983–2000 | 1949 | 51 | İtaliyalı | |
8 | Pak Yun Sok | 1993–2001 (həlak olub)[14] | 1963 | 38 | Koreyalı | |
9 | Om Honq-gil | 1988–2001 | 1960[15] | 40 | Koreyalı | |
10 | 4 | Alberto İnurrategi | 1991–2002[16] | 1968 | 33 | İspaniyalı |
11 | Han Vanq-yonq | 1994–2003 | 1966 | 37 | Koreyalı | |
12 | 5[17] | Ed Visturs | 1989–2005 | 1959 | 46 | Amerikalı |
13 | 6[18][19][20] | Silvio Mondinelli | 1993–2007 | 1958 | 49 | İtaliyalı |
14 | 7[21] | İvan Valexo | 1997–2008 | 1959 | 49 | Ekvadorlu |
15 | 8[22] | Denis Urubko | 2000–2009 | 1973 | 35 | Qazaxıstanlı |
16 | Ralf Dujmovits | 1990–2009 | 1961[23] | 47 | Almaniyalı | |
17 | 9 | Veikka Qustafsson | 1993–2009 | 1968 | 41 | Finlandiyalı |
18[24] | Endryu Lok | 1993–2009 | 1961[25] | 48 | Avstraliyalı | |
19 | 10 | Juan Qarsia | 1993–2010 | 1967 | 43 | Portuqaliyalı |
20[26] | Petr Pustelnik | 1990–2010 | 1951 | 58 | Polşalı | |
21[27] | Edurne Pasaban | 2001–2010 | 1973 | 36 | İspaniyalı | |
22[28] | Abele Blank | 1992–2011[29][30] | 1954 | 56 | İtaliyalı | |
23 | Minqma Şerpa | 2000–2011[29] | 1978 | 33 | Nepallı | |
24 | 11 | Gerlinde Kaltenbrunner | 1998–2011[29] | 1970 | 40 | Avstriyalı |
25 | Vasili Pivtsov | 2001–2011[29] | 1975 | 36 | Qazaxıstanlı | |
26 | 12 | Maksut Zumayev | 2001–2011[29] | 1977 | 34 | Qazaxıstanlı |
27 | Ce-Su Kim | 2000–2011[29] | 1961 | 50 | Koreyalı | |
28[31] | 13 | Mario Panzeri | 1988–2012 | 1964 | 48 | İtaliyalı |
29[32] | Hirotaka Takeuçi | 1995–2012[32] | 1971 | 41 | Yaponiyalı | |
30 | Çhanq Dava Şerpa | 2001–2013[29] | 1982 | 30 | Nepallı | |
31 | 14 | Kim Çanq-Ho | 2005–2013[29] | 1970 | 43 | Koreyalı |
32 | Xorxe Egoçeaga | 2002–2014[33] | 1968 | 45 | İspaniyalı | |
33 | 15 | Radek Yaroş | 1998–2014[29] | 1964 | 50 | Çexiyalı |
14 zirvənin hər birini fəth etdiyinə dair yoxlanılmış kifayət qədər sübut yoxdur. Mübahisəyə səbəb olmuş fəthlər mötərizədə verilib.
Adı | Tarix | Doğum | Yaş | Milliyyət |
---|---|---|---|---|
Fausto De Stefani (Lhotze 1997)[34] | 1983–1998 | 1952 | 46 | İtaliyalı |
Alan Hinkes (Ço-Oyu 1990)[35][36] | 1987–2005 | 1954 | 53 | Britaniyalı |
Vladislav Terziul (Şişabanqma 2000)[37][38] | 1993–2002 (həlak olub) | 1953 | 49 | Ukraynalı |
O In Son (Kançencaqra 2009)[39][40][41][42] | 1997–2010 | 1966 | 44 | Koreyalı |
Karlos Pauner (Şişabanqma 2012)[43] | 2001–2013 | 1963 | 50 | İspaniya |
13/07 interview with Silvio Mondinelli after the summit of his 14th 8000m peak without supplementary oxygen.
Implied in text: ...Following İtaliyalı Silvio "Gnaro" Mondinelli last year and American Ed Viesturs in 2005, Ivan also became only the seventh mountaineer in the world to have done them all without supplementary oxygen.
...Ivan also became only the seventh mountaineer in the world to have done them all without supplementary oxygen.