Dhaulagiri[2] (sanskrit. «Ağ dağ») — Himalay dağlarında çox zirvəli dağ massivi. Massivin əsas zirvəsi — Dhaulagiri I (8167 m) -dir. Dhaulagiri dünyanın yeddinci ən hündür səkkizminliyidir.
Dhaulagiri | |
---|---|
nep. धौलागिरी | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Himalay |
Dağ silsiləsi | Dhaulagiri |
Mütləq hündürlüyü | 8167[1] |
Nisbi hündürlüyü | 3357 m |
İlk fəthi | 13 may 1960-cı il (İsveçrə-avstriya ekspedisiyası) |
Yerləşməsi | |
28°41′46″ şm. e. 83°29′43″ ş. u.HGYO | |
Ölkə | Nepal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dhaulagiri dağ massivi Nepalın mərkəzi hissəsində yerləşir. O Əsas Himalay silsiləsinin cənub hissəsində olub qərbdən Qandak çayı ilə kəsilib. Massiv ümumən Mayangdi və Gandak çayları arasında yerləşir. Dhaulagiridən 34 km şərqdə Annapurna zirvəsi yerləşir. Dhaulagirinin zirvəsi əsasən kristallik özüllü əhəngdaşından təşkil olunub. Dhaulagiri əsas 11 zirvədən ibarətdir. Əsas zirvə 8 km, digər on zirvənin hündürlüyü isə 7 km-dən yüksəkir:
№ | Zirvə | Hündürlük,m | Fəth olunma tarixi |
---|---|---|---|
1 | Dhaulagiri I | 8167 | 1960 |
2 | Dhaulagiri II | 7751 | 1971 |
3 | Dhaulagiri III | 7715 | 1973 |
4 | Dhaulagiri IV | 7661 | 1969 |
5 | Dhaulagiri V | 7618 | 1975 |
6 | Baş Çuren Himal | 7385 | |
7 | Şərqi Çuren Himal | 7371 | 1970 |
8 | Qərbi Çuren Himal | 7371 | 1970 |
9 | Dhaulagiri VI | 7268 | 1970 |
10 | Putha Hiunçuli | 7246 | 1954 |
11 | Qurya Himal | 7193 | 1969 |
Dhaulagiri dağ massivində buzlaşma səviyyəsi digər bölgələrlə müqayisədə çox aşağıdır. Massivin cənub yamacı boyu bir neçə asılı buzlaq enir. Şimal-qərbdə, əsas silsilədə isə böyük buzlaq sirki yerləşir.[3]
Dağ massivi öz adını əsas zirvədən - Dhaulagiridən götürmüş. Əsas zirvənin forması Dhaulagiri sözündə özünü göstərir. Sanskrit dilindən tərcümədə dhvala və ya davala «ağ» mənasını verir. Qiri isə «dağ» deməkdir.
1808—1832-ci illər arası Dhaulagiri dünyanın ən uca zirvəsi hesab edilirdi.[3] Alpinistlər isə ona ancaq 1950-ci ildən sonra diqqət ayırmağa başladılar. Ancaq zirvəyə təşkil edilmiş səkkizinci ekspedisiya uğur əldə edə bildi. 2007-ci ilə qədər zirvəyə ümumən 358 uğurlu dırmanış olmuşdur. Ölümlə nəticələnən dərmanışların sayı 58-dir[4]. Ümumən Dhaulagiridə ölüm əmsalı 16,2% -dir.
1960-cı ildə isveçrəyə məxsus düşərgədə Avropanın ən güclü alpinistləri toplanmışdır. Yük daşımaq məqsədi üçün kiçik təyyarədən belə istifadə edilirdi. Bu səkkizminliklərin fəthində ilk aktiv texnika istifadəsi idi. Ekspedisiyaya 1958-ci ildə uğursuzluğa düçar olmuş Maks Ayzel rəhbərlik edirdi. 13 mayda Dimerqer, Diner, Şelbert, Forer və şerp Navanq uğurla zirvəyə yetişdilər. Onlar zirvəyə şimal-şərq yamacı ilə dırmaşmış və sonradan bu marşrut klassik marşrut adlandırıldı.
13 dekabr 1982-ci ildə yapon Akio Koidzumi və şerp Nima Vanqçu ilk dəfə zirvəni qış aylarında fəth etdilər. Polşada isə ilk qış dırmanışını Eji Kukuçka və Andjey Çokun həyata keçirildiyi düşünülür. Onlar 21 yanvar 1985-ci ildə zirvəyə yetişmiş. Dünya təqvimində qış 21 dekabrda başlansada, nepal və tibetdə qış parametrləri 1 dekabrdan qüvvəyə minir.