Manqaka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Manqaka (漫画家?)yapon dilində komikslərin müəllifini ifadə edən söz. Yaponiyadan kənarda bu söz adətən manqa çəkən adam deməkdir.[1] 2006-cı ildə Yaponiyada təqribən 3000 peşəkar manqaka işləyirdi.[2]

Etimologiya

Bu söz iki hissədən ibarətdir: manqa (漫画) sözü və ka (家) şəkilçisi.

Manqa yaponca komiks, Yaponiyadan kənarda isə "Yaponiya istehsalı olan komiks" deməkdir.

-ka (家) şəkilçisi burada peşəkarlıq mənasını daşıyır və məharətin dərəcəsini, həmçinin ənənələrə sadiq müəllifliyi göstərir. Məsələn, bu söz manqanın çəkildiyi hekayənin müəllifi haqqında işlənmir. Onun üçün yapon dilində gensakuşa (原作者) sözü mövcuddur.

İstinadlar

  1. Иванов Б. А. Введение в японскую анимацию. — С. 37.
  2. McCarthy, Helen. Manga: A Brief History // 500 Manga Heroes & Villains. Hauppauge, New York, USA: Chrysalis Book Group. 2006. 14. ISBN 978-0-7641-3201-8.