Harem (janr)

Harem (ハーレムもの, hāremumono?, "hərəm" sözündən)poliqamiya və ya məhəbbət üçbucağı ilə xarakterizə olunan animemanqa altjanrı. Bu altjanrda baş qəhrəman adətən əks cinsin bir neçə nümayəndəsi və ya eşq münasibətində olduğu bir neçə şəxslə əhatə olunur.[1] Harem yuri janrı ilə birləşibsə, o zaman poliqamik münasibətlər qadın haremi və ya seraqliosaya aid edilir. Amma harem yaoy janrı ilə birləşibsə, o zaman poliqamik münasibətlər kişi haremi, tərs harem və ya qyakuharemuya (逆ハーレム?) aid edilir.

Bütün seriya üçün romantika nadir hallarda əsas diqqət mərkəzində olduğundan haremin strukturu anlaşılmazdır. Gözəçarpan səciyyəvi xüsusiyyət qızlardan və ya oğlanlardan ibarət qrupun baş qəhrəmanı müşayiət etməsidir. Xüsusi hallarda baş qəhrəmanla nikahsız yaşayırlar. Haremdə azı iki personajın baş qəhrəmana qarşı marağı olmalıdır. Harem janrı çox vaxt eççi janrı ilə əlaqədə olur. Əsasən baş qəhrəmanın oğlan olduğu haremlərə üstünlük verilir. Baş qəhrəmanı çevrələyən personajlar adətən şəxsiyyət baxımından fərqli olurlar. Çox vaxt baş qəhrəmanın özünə inamı olmur, əks cinsə qarşı maraq duyduqları hiss olunur, amma o qədər centlmen və əxlaqlıdır ki, onu əhatə edənlərə qarşı heç nə etmir.

Bəzi vizual romanlar "harem sonluğu" təklif edir.[2] Burada baş qəhrəman bir çox personajlarla eyni zamanda eşq münasibətində olur. Bu adətən digər personajların razılıqları ilədir. Bəzi hallarda herim sonluğu qaçılmazdır.[3]

Məşhur haremlər

[redaktə | mənbəni redaktə et]

Əsas səhifə: Kateqoriya:Harem anime və manqaları

  1. Oppliger, John. "Ask John: What Distinguishes Harem Anime?". Anime Nation. April 17, 2009. November 16, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2016.
  2. "Harem Ending". The Visual Novel Database. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2016.
  3. "Unavoidable Harem Ending". The Visual Novel Database. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2016.