Docinşi

Docinşi (同人誌, do:cinşi?) — müəlliflərin öz əsərlərini dərc etdiyi qeyri-kommersiya jurnallarını təsvir etmək üçün termin. Docindzaşşi (同人雑誌, do:cin dzaşşi?) sözünün qısaldılmış forması. Docinşi terminin özü do:cin (同人, «məsləkdaşlar») və şi (?, «jurnal») sözlərindən əmələ gəlib. Əvvəllər cünbunqaku ədəbiyyatına qarşı istifadə olunsa da, son illərdə manqaya qarşıda tətbiq olunur. Docinşi yaradaıcılarını docinşika (同人誌家, do:cinşika?) adlandırırlar. Yaponiyada docinşi geniş yayılıb. Bu yapon qanunlarının dərc olunmuş əsərin əsasında başqa əsər yaradmağa icazə verdiyindən irəli gəlir.