Fansab

Fansabın nümunəsi

Fansab (ing. "fansub", ing. "fan subtitles" ("həvəskar subtitrlər") — həvəskarlar tərəfindən subtitrlar şəklində tərcümə edilmiş videomaterial (çox vaxt bu animelərdir).

Fandab — həvəskar səsləndirmə (dublyaj). Dublyaj orijinal səsin olmayan yeni səs trekinin yaradılması deməkdir (orijinal səsin üstündən yazılan səs treki "voysover" və ya "overvoys" adlanır).

Komikslərə gəldikdə skanleytı vurğulamaq olar. Ən sadə halda bu komiksə mətn faylın və ya çapın əlavə olunması, daha mürəkkəb versiyası isə skanlarda mətnin tərcümə olunmasıdır.

Makoto Şinkayın "Dareka no Manzashi" animesindən stop-kadr.

Fansabların hüquqi statusu hələ də birmənalı müəyyən olunmayıb.

Fansabberlər və istehsalçılar arasında yazılmamış qanun var — istehsalçılar sabberləri təqib etmir, sabberlər isə məhsul bazarda rəsmi yayımlanandan sonra onun tərcüməsini dayandırırlar. Hətta bəzi istehsalçılar fansabberlərin işinin animenin populyarlaşmasına müsbət təsir gostərdiyini və bunun marketinq addımı kimi istifadə etməyini mümkün olduğunu düşünür. Nəhayət, fansabberlər bu işi təmənnasız görür və bunu pulnan edənlər özləri təqib edirlər.

"Ninja Scroll" anime serialı ABŞ-də rəsmi yayımlanmağdan əvvəl Urban Vision şirkəti Anime Jinkies adlı fansabberlər qrupuna müraciət edərək fansablarını silmək xahiş etdi. Sərt və kobud cavab aldıqda şirkət məhkəməyə yox, anime fandomuna müraciət etdi. Anime cəmiyyətindən olduqca mənfi reaksiya gələndən sonra qrup üzr istəyərək animenin tərcüməsini dayandırdı[1].

  1. Macdonald, Christopher. "Unethical Fansubbers". Anime News Network. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]