Migel de la Madrid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Migel de la Madrid
isp. Miguel de la Madrid Hurtado
1 dekabr 1982 – 30 noyabr 1988
ƏvvəlkiXose Lopes Portilyo
SonrakıKarlos Salinas de Qortari
Şəxsi məlumatlar
Doğum tarixi 12 dekabr 1934(1934-12-12)[1][2][…]
Vəfat tarixi 1 aprel 2012(2012-04-01)[3][1][…] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Emfizem
Təhsili
  • Con Kennedi adına İdarəçilik Məktəbi[d]
Fəaliyyəti siyasətçi, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Migel de la Madrid Urtado (isp. Miguel de la Madrid Hurtado; 12 dekabr 1934[1][2][…]1 aprel 2012[3][1][…], Mexiko[4]) — Meksika siyasətçisi, 1982–1988-ci illərdə Meksika Prezidenti.[5]

Həyatı

1957-ci ildə Meksika Milli Muxtar Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1965-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə etmişdir. Daha sonra Meksika Milli Bankı və "Bancomext"də çalışmışdır. 1968-ci ilə qədər Meksika Milli Muxtar Universitetində dərs demişdir. 1963-cü ildən İnstitusional İnqilab Partiyasının (PRI) üzvüdür. 1965-ci ildə maliyyə naziri təyin edilmişdir. 1970–1972-ci illərdə "Pemex"in direktor müavini olmuşdur. 1972-ci ildə kredit üzrə baş direktor vəzifəsində yenidən maliyyə nazirliyinə qayıtmışdır. 1976–1982-ci illərdə Prezident Xose Lopes Portilyo yanında büdcə üzrə katib olmuşdur. 1982-ci ildə Portilyodan sonra prezident olmuşdur.[6]

O, prezident olanda ağır iqtisadi böhranla üzləşmişdi. Sələfindən fərqli olaraq, onun administrasiyası iri dövlət konqlomeratlarının liberallaşdırılması və özəlləşdirilməsi ilə xarakterizə olunurdu. O, 1986-cı ildə Meksikanın Tariflər və Ticarət üzrə Baş Sazişə (indiki Ümumdünya Ticarət Təşkilatı) qoşulmasını asanlaşdıran tədbirlər görmüşdür. Onun populyarlığı 1985-ci il zəlzələsi və vəziyyətin nəzarətə alınması cəhdləri ilə sarsılmışdı. O, 1988-ci ildə seçkilərdə iştirakdan imtina etmiş və onu Karlos Salinas de Qortari əvəz etmişdir.[6]

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Miguel de la Madrid Hurtado // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Murió Miguel de la Madrid a causa de enfisema pulmonar.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #121094529 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Encyclopædia Britannica. "Miguel de la Madrid". Encyclopædia Britannica Online. 2008. 14 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2008.
  6. 1 2 "Miguel de la Madrid Hurtado". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.

Əlavə ədəbiyyat

  • Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. ISBN 1-56584-616-8
  • Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9

Xarici keçidlər