Xose Gilyermo Abel Lopes Portilyo-i-Paçeko (isp. José Guillermo Abel López Portillo y Pacheco; 16 iyun 1920[1][2][…], Mexiko – 17 fevral 2004[1][2][…], Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1976-cı ildən 30 noyabr 1982-ci ilə qədər Meksika Prezidenti.
Xose Lopes Portilyo | |
---|---|
isp. José López Portillo | |
| |
1 dekabr 1976 – 30 noyabr 1982 | |
Əvvəlki | Luis Eçeverria |
Sonrakı | Migel de la Madrid |
Şəxsi məlumatlar | |
Doğum adı | José Guillermo Abel López Portillo y Pacheco |
Doğum tarixi | 16 iyun 1920[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 2004[1][2][…] (83 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, universitet müəllimi[d], yazıçı |
Uşağı | 5 |
Dini | katolisizm |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1945-ci ildə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. Tezliklə partiyanın önəmli üzvlərindən birinə çevrilmişdir. Digər dövlət vəzifələri arasında o, 1970-ci ildə İrs maziri, 1973–1975-ci illərdə Maliyyə və Dövlət Krediti katibi vəzifələrində çalışmışdır. 1976–1982-ci illərdə Meksika Prezidenti olmuşdur. Prezidentliyi dövründə o, parlamenti genişləndirərək müxalifətin minimum təmsilçiliyini təmin etmişdir. Bu, İİP-nin hər yerdə mövcudluğunu daha az bariz etmişdir. O, Tabasko və Verakruz ştatlarında həmin illərdə aşkar edilmiş neft ehtiyatlarının istismarı və ixracının tərəfdarı olmuşdur. Bu ticarətdən əldə edilən gəlirin çox hissəsini korrupsioner məmurlar yayındırmışdılar. 1981-ci ildə neftin qiymətinin düşməsindən sonra yığılmış xarici borc dövlət maliyyəsinin iflasa uğramasına səbəb olmuşdur. Xarici siyasətdə o, Üçüncü dünya ölkələrinə yanaşmaya üstünlük vermişdir. O, dövlət nəzəriyyəsi ilə bağlı kitablar və bəzi romanlar yazmışdır. Prezidentliyindən sonra 1990-cı illərin ortalarına qədər demək olar ki, həmişə Avropada yaşamışdır.[3]