Mirheydər Feyzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirheydər Feyzi
tatar. Мирхәйдәр Фәйзи
Doğum tarixi 19 oktyabr 1891(1891-10-19)
Doğum yeri
Vəfat tarixi 9 iyul 1928(1928-07-09) (36 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Tatar
Atası Mustafa Feyzullin
Anası Zeynəb Feyzullina
Təhsili
  • Hüseyniyyə[d]
İxtisası Dramaturgiya, ədəbiyyat
Fəaliyyəti Yazıçısı, şairi, dramaturqu və publisist
Fəaliyyət illəri 1912–1928
Əsərlərinin dili tatar dili
Janrlar Pyes, şeir
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirheydər Feyzullin (tam adı: Mirheydər Mustafa oğlu Feyzullin, başq. Мирхәйҙәр Мостафа улы Фәйзуллин, tatar. Мирхәйдәр Мостафа улы Фәйзуллин rus. Мирхайдар Мустафович Файзуллин; təxəllüsü: Mirheydər Feyzi, başq. Мирхәйҙәр Фәйзи, tatar. Мирхәйдәр Фәйзи, rus. Мирхайдар Файзи; 19 oktyabr 1891, Orsk qəzası[d], Orenburq quberniyası[d]9 iyul 1928, Baymak, Başqırd MSSR, RSFSR, SSRİ) — BaşqırdıstanTatarıstan yazıçısı, şairi, dramaturqu və publisisti.

Həyatı

Mirheydər Mustafa oğlu Feyzullin 19 oktyabr 1891-ci ildə Rusiya imperiyasının Orenburq quberniyasının Orsk mahalında anadan olmuşdur. Onun atası – Mustafa Feyzullin Orenburq sahibkarı Hüseynovun fermasını idarə edirdi. Bir müddət sonra o, ailəsi ilə birlikdə Orska köçür.

Mirheydər Feyzullin 1902–1905-ci illərdə Orsk şəhərindəki yerli bir mədrəsədə, 1905-ci ildən isə "Hüseyniyyə" mədrəsəsində təhsil almışdır. 1907-ci ildə səhhəti ilə bağlı problemlərə görə təhsilini yarıda buraxmışdır.

O, 14 yaşında olarkən ilk pyesini yazmışdır. 1912-ci ildə onun ilk kolleksiyası – "Şeirlərim" nəşr olunmuşdur. Kolleksiyanın tərkibində olan pyeslər – "Çiçəklərin arasında", "Bəzədilmək", "Gənclər aldatmayacaq".

Mirheydər Feyzullin 1911–1916-cı illərdə Orsk, İske Baltas, Börü mahallarını gəzmiş, başqırdtatar folklorundan nümunələri kitaba yazmışdır.

1919–1922-ci illərdə o, Yulık kəndində Rəmiyev qardaşları tərəfindən açılan bir kitabxanada işləmişdir.

Mirheydər Feyzullin 1922-ci ildə Teməs kəndinə köçmüş, orada "Qızıl Ural" ("Ҡыҙыл Урал") qəzetinin redaktoru kimi çalışmışdır. O, 1923–1926-cı illərdə Kazan şəhərindəki mərkəzi kitabxananın dərslik departamentində işləmişdir.

O, 1926-cı ildə vərəm xəstəliyinə tutulmuş, müalicə olunmaq üçün Krıma getmişdir. O daha sonra Başqırdıstana qayıtmış, Tubinsk və Baymaq kitabxanalarında işləmişdir.

Mirheydər Mustafa oğlu Feyzullin 9 iyul 1928 SSRİ-nin RSFSR-nın Başqırd MSSR-nın Baymaq şəhərində 36 yaşında vəfat etmişdir.

Mənbə

Ədəbiyyat

  • Сайланма әсәрләр: 2 томда. Kazan: Галиябану. 1957.
  • Мирхайдар Файзи Драмы. Moskva. 1961.

Xarici keçidlər