Mirzə Məhəmmədkərim bəy Kəbirli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirzə Məhəmmədkərim bəy Kəbirli
Mirzə Məhəmmədkərim bəy Mirzə Hаqvеrdi bəy оğlu Kəbirli
Doğum tarixi 1779
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi 1841
Vəfat yeri Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vətəndaşlığı Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Uşaqları Əbdülkərim bəy, Əbdüləzim bəy
Fəaliyyəti şair

Mirzə Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu Kəbirli (1779-?) — xəttat.

Həyatı

Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu 1779-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə adlanırdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Divanxanada katib vəzifəsində qulluqda idi. Xanın yaxın adamlarından sayılırdı.

Mirzə Məhəmmədkərim bəy xoşxət xəttat idi. Kitab üzü köçürürdü. Zəngin kitabxanası vardı. Məşhur "Rövzəti-üş-şühəda" əsərini köçürüb övladlarına bağışlamışdı.

Ailəsi

Mirzə Məhəmmədkərim bəyin Əbdürrəhim bəy, Əbdülkərim bəy, Əbdüləzim bəy adlı oğulları vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Haqverdiyevlər, "Soy" dərgisi, 1 (33), 2010. səh.3–9.
  • Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.

İstinadlar

Həmçinin bax